Güclü qasırğa İsmayıllıya ciddi ziyan vurub
Dünən saaat 17:00 radələrində İsmayıllı rayonunun mərkəzi və ətraf ərazilərdə dolu və yağışla müşayiət olunan güclü qasırğa olub. Qasırğa nəticəsində bir maşının üzərinə ağac aşıb, 8 kommunal yaşayış binasının dam örtüyü həm küləyin təsiri, həm də ağacın aşması nəticəsində zədələnib.
Bu barədə İsmayıllının icra başçısının birinci müavini Rövşən Ağayev deyib. Onun sözlərinə görə, rayon mərkəzinə dəymiş ziyan müəyyənləşdirilir.
"Mülki tikililərə dəymiş zərərlə bağlı 30-a yaxın vətəndaş müraciət edib. Hal-hazırda bunlar araşdırılır, hadisə yerinə baxış keçirilir. İsmayıllıya rayonun mərkəzi və yaxın ətraf ərazilərdə ən ciddi ziyan elektrik təhcizatı və rabitə xətlərinə dəyib. Elektrik enerjisi ilə bağlı problem aradan qaldırılmayıb. Günün ikinci yarısına qədər öz həllini tapacaq”.
R.Ağayev qeyd edib ki, dolu düşən ərazilərdə kənd təsərrüfatına da zərər dəyib. Xüsusilə, üzüm sahələrinə ziyan dəyib. Dəyən ziyan müəyyənləşdirilir.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24