GUAM ölkələri arasında azad iqtisadi zona bu il yaradıla bilər
GUAM-a üzv olan ölkələrin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət rəhbərləri Azad ticarət üzrə tərəflərin hərəkətlərini koordinasiya edən işçi qrupunun yaradılması ilə bağlı protokol imzalayıblar. Həmçinin, GUAM ölkələrinin dövlət sərhədindən keçiriləcək müəyyən növ məhsul və nəqliyyat vasitələrinə gömrük prosedurlarının tanınması haqqında protokol imzalayıblar.
Adalet.az "Unian" agentliyinə istinadən xəbər verir ki, müvafiq protokollar Kiyevdə keçirilən GUAM sammitində imzalanıb.
Ukraynanın baş naziri Vladimir Qroysmanın sözlərinə görə, təşkilata üzv olan ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlər gömrük prosedurlarının sadələşdirilməsini tələb edir: "Biz bu gün gömrük orqanları arasında əməkdaşlığımızı dərinləşdirəcək sənədi imzaladıq. Təbii ki, biz azad ticarət zonasından danışarkən gömrük orqanlarının keyfiyyətli işinin qurulmasını qeyd etməliyik".
V.Qroysman əlavə edib ki, GUAM ölkələri arasında azad ticarət zonası 2017-ci ildə fəaliyyətə başlaya bilər.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47