adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Iyun 2015 15:39
197005
MODA

Gözəlliyin tələb etdiyi əziyyət

Hündürdaban ayaqqabılar – qadınların ən sevdiyi, eynizamanda ən narahat olduğu aksessuarlarındandır. Söz yox ki, hündürdabanayaqqabılar gözəldir: qadın ayaqlarını daha biçimli, uzun edir, bədəni daha qamətli,cazibədar göstərir, yerişi tənzimləyir. Amma əksər qadınlar hündürdabanayaqqabılarla bağlı iki dəfə sevinirlər: bir geyinəndə, bir də çıxardanda!

Hündür ayaqqabılar üzərində bir günlük "səyahət”in günün sonunda hansı əziyyətlər verdiyini qadınlar çox yaxşı bilir: dabanlarınağrısı, barmaqların sıxılmış kimi sızıldaması, ayaqda şişkinlik və s. Bəs buağrılardan qısa müddətə necə xilas olmalı?

Əgər iş yerindəsinizsə, masanızın arxasına keçən kimikabluklarınızı çıxarın. Ayaq barmaqlarınızı yığıb-açmaqla ağrını nisbətənazalda bilərsiniz. Şərait imkan verirsə, döşəmə təmizdirsə, ayaqqabısız bir neçədəqiqə gəzişin. Barmaq uclarınızda, sonra dabanlar üzərində dayanın. Otaqdayalnızsınızsa və ya qadın heyətidirsə, bir stul qarşınıza qoyub ayaqlarınızıuzadın.

массаж стоп

Evdə isə ilk növbədə masaj edin: xüsusilə dəbarmaqlara və pəncələrə diqqət ayırın. Sonra xalçada uzanıb yarım saat ayaqlarınızıdivanın və ya kreslonun üstünə qoyun. Ən yaxşı üsul vannadır: bir tas isti suya 1 xörək qaşığısoda töküb qarışdırın, 15 dəqiqə saxladıqdan sonra ayaqları qurulayıb, krem çəkin.Çobanyastığı və nanə dəmləməsi ilə də ayaq vannası edə bilərsiniz. Su soyuyanaqədər ayaqlarınızı tasda saxlayın.

ванна для ног

Bundan başqa, isti və soyuq su kontrastları da yaxşıtəsir göstərir. 5-6 dəfə gah isti, gah soyuq suda ayaqları 2-3 dəqiqə saxlamaq,ümumilikdə orqanizm üçün çox xeyirlidir. Şəkərli diabet xəstələri və varikozdamar genişlənməsi olan şəxslərə isə bu prosedur ziyanlıdır.

Buz kubikləri də ayaqları dərhal rahatladır. Bundansonra isə spirtlə silib özünün qurumasını gözləyin.