adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2020 10:20
126740
MÜSAHİBƏ

“Gözəllik karantində...” - SORĞU

Məlumolduğu kimi koronavirusa görə ölkədə karantin rejimidir. Bu səbəbdən gözəllik salonları və bu kimi xidmətlərqadağan edilib. Məşğul olduğu sahədə öz bacarığı və gözəlliyi ilə seçilən xanımlarımızbu tip ehtiyaclarını necə təmin edir?

Şairə Səhər Əhməd gözəllik salonlarından yalnıztoya gedəndə və çəkiliş zamanı istifadə edir. Karantinə görə evdə olduğundansalonlara da ehtiyacı qalmayıb:


"Mən elə də gözəllik aludəçisi deyiləm. Ora dahaçox çəkiliş günləri və ya toya, yığıncağa getməli olanda gedirəm. Karantinə görəevdəyik deyə belə bir dərdim yoxdur. Düzdü, bir az özümü diskomfort hiss edirəm,amma karantində ən böyük dərdim bu deyil.”

İctimai TV-nin əməkdaşı, aparıcı Nərmin Salmanovatəkcə karantində deyil, adi günlərdə də bu işi özü daha keyfiyyətli görür:


"Adi vaxtda da sadə özünə qulluq prosedurlarınıözüm edirəm. Heç toya gedəndə də salonda bəzənmirəm. Özüm daha yaxşı, təmiz və keyfiyyətlibacarıram deyə salona getməyə ehtiyac görmürəm. Ona görə də salonlarınxidmətini dayandırdığı vaxtda çətinlik yaşamıram.”

Şairə NuranəNur gözəllik salonlarından karantindən əvvəl də istifadə etməyib:


"Səmimiyyətimə inanmayanlar olacaq, amma mən heçvaxt salonlara getmirəm. Bu tip ehtiyaclarımı həmişə özüm qarşılamışam, ona görəmənim üçün fərqi yoxdur. Adi qulluq vasitələrini evdə də həll etmək olar.Düzdür, işə getməyəndə, hamı evdə olanda ev işləri bitmir ki, özümə vaxtayırım. Karantin günlərində ancaq ev işləri və xəmir yeməkləri... Allahaxırımızı xeyir eləsin, hamımız kökələcəyik. Məncə gözəllik salonlarından dahaçox idman zallarına ehtiyac artacaq. Sağlıq olsun, təmiz havada piyada gəzmək hərikisini əvəz edir mənim üçün.”

MüğənniNura Suri belə durumda rahat olduğunu, əksinə karantində dincəlmək üçün fürsətolduğunu bildfirir:


"Uzun illərdir belə rahat olmamışdım.Qadın olmaq çox çətindir. Məşhur olmaq isə ondan da çətin. Hər zaman formadaolmaq üçün salonlara, idman zalına qaçmaq, hündürdaban ayyaqabılarda, makyajdarahat olmayan libaslarda tədbirdən-tədbirə tıxacda gecikə-gecikə tələsmək asandeyil. Bilmirsən ki, evdə uşaqlarla məşğul olasan, "beauty"prosedurlara gedəsən, bazarlıq edəsən, ya pul qazanasan. Üstəlik saç baxımı,boya, üz dərisinə qulluq, kosmetoloqlar, idman zalı, aparat prosedurları, manikür, pedikür və s.

Evin hər problemi, uşaqların təhsili, məktəbi, məşğələlərisaymaqla bitməyən işlər...

18 martdan salona getmirəm, heç bir işin dalıncaqaçmıram. Dırnaqlarım, saçlarım, üz dərim, ayaqlarım (hündür dabanlardan)rahatlaşıb. İkiüzlü, yalançı, qeyri-səmimi insanları görmürəm ruhum dincəlir.

Normal insan kimi evdə övladımla insanlarınneqativindən uzaq vaxt keçirirəm. Narahat deyiləm.Dincəlirəm. Heç yerətələsmirəm. Sabah necə olacaq bilmirəm. Düşünmək istəmirəm. Bu gün rahatam.

"Azərbaycan gözəli-2015”, Miss Turkvision”, "Miss vəMister Azərbaycan-2019” müsabiqələrinin qalibi olan model Aziza Kərimi gözəlliksalonlarının bağlı olmasının onunçün çətin sınaqlardan biri olduğunu deyir:


"Bütün xanımlar kimi mən də salonsuz qala bilmirəm.İşlə əlaqədar olaraq tez-tez gedə bilməsəm də çalışıram həftədə iki dəfə gözəlliksalonlarına gedim. Hal-hazırda mənim kimi salonsuz qala bilməyənlər üçün çətinsınaqdır.”

Emin Piri