adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Dekabr 2019 07:14
86502
MƏMLƏKƏT

GÖZƏL ZİYALILARIMIZDAN BİRİ

Bu güntanınmış təhsil işçisi, gözəl ziyalı, vətənpərvərinsan, onu tanıyanların sevimlisi Məhbubəxanım Məmmədovanın doğum günüdür.

Məhbubə Ərziman qızı Məmmədova Ucarrayonunda anadan olub. Orta məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonraADPK-ya daxil olmuş,fərqlənmə diplomu ilə təhsilini başa vurduqdan sonra müəllimlikfəaliyyətinə başlamış və eyni zamanda ADPU-nun Filologiya fakültəsində təhsilalmışdır, filoloq ixtisasını fərqlənmə diplomu ilə uğurla başa vurduqdan sonramüəllimlik fəaliyyətini davam etdirmiş, həmin illər ərzində təhsillə, tədrisləbağlı həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən çoxsaylı müsabiqələrdə,konfranslarda iştirak etmiş, "İlin müəllimi”, "İlin kabineti”, "İlin direktoru”və bir çox tədrislə bağlı keçirilən müsabiqələrin qalibi olmuş, müxtəlif təlimkurslarında iştirak edərək 30-a yaxın sertifikat sahibidir. 1985-ci ilə qədərUcar rayonunda əmək fəaliyyəti ilə məşğul olmuş, 1986-cı ildən Bakı şəhəri Xətairayonunda, 1998-ci ildən Bakı şəhər Nərimanov rayonunda 212 nömrəli məktəbdə Tədris işləri üzrədirektor müavini kimi çalışmışdır. 2001-ci ildə Nərimanov rayon 66 nömrəli məktəbədirektor vəzifəsinə təyin olunmuşdur. 20 ilə yaxın bu məktəbin rəhbəri olmuş,onun işgüzarlığı sayəsində 66 nömrəli məktəb 2006-ci ildən məzunlarının yüksəknəticələri ilə fərqlənən İ.Hacıyev adına” Tərəqqi” texniki-humanitar liseyiolmuşdur.

Uzun illər bir çox ölkələrdə təhsilləbağlı Yaponiya, Fransa,Almaniya, Pribaltika,Türkiyə, Macarıstanvə b. ölkələrdəsəfərlərdə olmuş, böyükkonfranslarda,qurultaylardaiştirak etmiş, sertifikatlarla geri dönmüşdür.Və bu illər ərzində Azərbaycantəhsilində aparılan islahatların həyata keçirilməsində yaxından iştirak etmiş, bu dövrlərdə ölkədaxilində keçirilən bir çox layihələrdə, təlimlərdə uğurla iştiraketmişdi.YAP-ın yarandığı gündən üzvü olmuş,Nərimanov rayonu YAP QadınlarŞurasının sədr müavini kimi partiyanın ictimai-siyasi həyatında yaxından iştiraketmiş və burada göstərdiyi xidmətlərinə görə təltif olunmuşdur. Hal-hazırdaYAP-ın Yasamal rayon təşkilatının sıralarındadır.

2008-ci ildə ölkə Prezidenti cənab İlhamƏliyevin imzaladığı sərəncamla "Azərbaycanın Əməkdar müəllim”i adına, 2009-cuildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasətheyətinin qərarı ilə "Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Bu dövrdə elmifəaliyyətlə məşğul olaraq ATİ-nin doktoranturasına qəbul omuş, "Qloballaşma şəraitindəümumi təhsilin məzmununun pedaqojiproblemləri” mövzusunda dissertasiya üzərində işləməyə başlamışdır və 2016-cıildə müdafiə edərək Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.Hal-hazırda ADPK-da Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır,eynizamanda ADPU-nun Pedaqogika kafedrasında pedaqogika müəllimi kimi də fəaliyyətgöstərir.

Bu gözəl insanı bütün onu sevənləriadından təbrik edir, ona yeni böyük uğurların fərəhi içində uzun ömürarzulayırıq.

Mehranə Vəliqızı