12 Iyun 2025 10:35
260
HADİSƏ

Göygöldə quyuya düşən şəxs xilas olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 7 metr olan quyudan 1 nəfərin xilas olunması təmin edilib.