adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyun 2015 21:57
1072
HADİSƏ

Göygöldə dərəyə düşmüş şəxs xilas edilib

Göygöl rayonunda dərəyə düşmüş şəxs xilas edilib.
 
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaş ehtiyatsızlıqdan dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi dərədən çıxarıblar və aidiyyatı üzrə təhvil veriblər.