adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2019 15:37
19335
ƏDƏBİYYAT

GÖYDƏRİLİ LAL

Gözümü dünyaya açandan görmüşəm ki, yaz-yay aylarında el-elat, kəndin mal-qarasıyaylaqlara köç eləyir, bir də payızın sonundageri, arana dönürdü. Mənim valideynlərim də eyni sözü deyirdilər, yənibu dədə-babadan beləydi. Hələ nağıl eləyirdilər ki, əvvəllər varlıların məxsusi yaylaqları olub.Sonralar o məxsusi yerləri hökümət imkanlıların əlindən alıb və kolxozunixtiyarına verib. Kəndin mal-davarı qışlaqda qışlayırdı. Atamın işiylə əlaqəliolaraq bizim də mal-qaramız kəndinkilərlə qarışıq, yəni bir yerdə olurdu. Elyaylaqdan dönəndə atam heyvanlarımızı qışlaqda qoymuşdu həmişəki kimi. Sadəcəsağılan və bala gözləyən inəkləri həyətimizə gətirmişdi. Həmişə çox səbsizlikləgözləyirdik yeni doğulan balaları. Nə rəngdə olduğuna, necə göründüyünə hədsizmaraq göstərirdik. Heç hələ doğulmadan onlara ad seçirdik. Hamı istəyirdi ki,onun seçdiyi ad bəyənilsin. Ona görə çox düşünürdük. Hələ indiyə qədər mənimseçimim bəyənilməmişdi. Bu dəfə də öz niyyətimi söylədim. Atam söz verdi, hərşey yaxşı olsa, buzovun adını mən qoyacaqdım. Sevinirdim. Nəhayət məni də ciddiqəbul etmişdilər. Günləri sayırdım. Atamın təxmininə görə bir aydan sonra inəyimizinbalası olacaqdı. Uşaq ki, uşaq. Elə bilirdim nəsə möcüzə baş verəcək. Az qala hərgün atamdan bu barədə soruşurdum. O da mənisəbrlə başa salırdı ki, hələ tezdi. Gözləmək lazımdı.

Sakitləşirdim, bilirdim ki, əgəratam söz veribsə, bu iş mütləq baş tutacaq. Çünki, o heç vaxt uşağa yalan söz söyləməzdi, verdiyi sözü tuturdu. Elə bilirdim adın qoyduğuma görə seçdiyimbala ən qəşəng buzov olacaq. Tayı-bərabəri olmayan buzov. Lap nağıllar aləmində olduğu kimi. Hərdəfə inəyin nə zaman balalayacağını soruşanda atamla anam bir-birlərinə baxıbgülümsəyirlər. Niyəliyini bilmirdim. Yadıma salıram, hətta yuxularımda da obalaca, qəşəng buzovu görür, sığallayır, məömər kimi yumçaq tüklərindən öpürdüm.

Atam, necə ki, kənddə deyirlər,heyvan xəstəsi idi. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm. Ancaq tək onu bilirəmki, evə gələn kimibirinci heyvanların vəziyyətini soruşurdu. Yem verilib verilmədiyini,suvarılıb-suvarılmadığınıətraflı öyrənirdi.Hər gün itlər üçün yal hazırlatdırır,yemək də bişitdirirdi. Heç də asanolmayan bu işi növbəylə biz icra edirdik. Anam əsəbləşirdi:

- Sən evə gələndə birinci heyvanları soruşursan. Bir dəfə dəuşaqlarını soruş, bizimlə maraqlan.

Atam hər dəfə belə söhbət araya düşəndəanamı sakitləşdirməyə çalışırdı, gülümsəyərək:

-Ay Mələk, uşaqlar acanda dillərivar, yemək istəyirlər. Başlarının üstündə anaları var, - deyirdi.- Axıheyvanların dili yoxdu. Deyinmə,Allaha ağır gedər...

Anam inadından əl çəkmirdi:

-Sən çox yaxşi bilirsən ki, bizonların yemini, suyunu vaxtında veririk. Guya bizim qəlbimiz yoxdu belə çıxır?

-Mələk, sənin ifallı olduğunu bilirəm.Özümdən asılı deyil. Bilirsən...

O qədərxoşuma gəlirdi atamın anamı belə yumşaq dillə sakitləşdirməyi. Ümumiyyətlə,valideynlərim mehriban dolanırdılar.Nadir hallarda bir-birindən inciyərdilər. Mənə belə gəlirdi. Atam təbiətən çoxsakit və mehriban insan idi. Hər şeydən ötəri özündən çıxmazdı. Bizə öyüd-nəsihətverəndə bunu tövsiyəsi bu olurdu:

- Hər deqiqə, yerli-yersiz əsəbləşməyin.Sözü düşünüb danışın.Dözümünüz olsun. Səbr ən gözəl şeydi. İnsanın başına nə gəlirsəqursağının darlığı səbəbindən gəlir, yadınızda qalsın!

Ömrü boyu onun dilindən çıxan sözlərixatırlayıram. Onun nəsihətləri hər zaman dadıma çatır. O mərhəmətli, misilsizinsandi. İndiyə qədər atam təbiətdə adam görməmişəm. Yəqin ki, görməyəcəm, sadə,dininə, elinə-obasına bağlı ikinci birisinə rast gəlməyəcəm yəqin ki. Budoğrudanda belədi. Onun dediklərini həmişə xatırlayıram.

Elat yaylağa çıxmazdan bir ay əvvəlinəyimizdoğdu. Atam necə ki, söz vermişdi buzovun adını mən qoydum. "Qartal” adı verdim.Ancaq həmin gecə atamın heç keyfi idi. Nə olduğunu bilmirdim. Düşünürdüm, bəlkəyaxşı ad seçməmişəm buzova. Sən demə, bu səbəb başqaymış. Yemək süfrəsiyiğişandan sonra atamnan anamın söhbətindən bəlli oldu ki, buzov lal doğulub. Dilxoroldum. Hətta ağladım. Hətta, inanmadım. Axı, onlar bir günlük körpəninlallığını necə, hansı yolla müəyyən ediblər? Bu nə sözdü?

Atam məni sakitləşdirdi.

-Niyə ağlayır mənim gözəl qızım?- Nəüçün mənim buzovum laldı?

Atam gülümsədi:

- Sən bunun çəkdiyi dərdə bax. Dinlə,ağıllı balam, heyvanların lal olması o qədər də müşkül iş deyil. Fikir eləmə. Hələsən bax gör onun necə qəribə rəngi var. Göm-göydüdərisinin rəngi. Nuhda-əyyamda belə fasonda heyvan doğula, ya doğulmaya.

Həmən il maldarlar dağa lap erkənçıxmışdılar.Təbii ki, məni də, Qartalı da aparmışdılar yaylağa. Yazıqheyvanın lal doğulması heç ağlımdançıxmırdı. Elə hey öz-özumə düşünürdüm,heyvan necə lal ola bilər? Qərara aldım ki,bunun səbəbini, sirrini atamdantəkrar soruşum. Bir axşam hamı alaçığa yığışanda atamdan soruşdum:

-Ata, sən nədən bilirsən ki,Qartal laldı?

-Bir halda ki, bu fikri beynindənçıxara bilmlirsən, deyim, yadında qalsın. Bax, qızım, normal insan doğulandaqışqırtıyla ağlayır ha, heyvan da doğulanda gərək mələyə. Əgər mələmirsə, deməlinəsə qaydasında deyil.

-Qartal mələmədi?

-Yox. İndiyə qədər də fikir verirəm,heç zaman səsini çıxarmır. Dinməzcə gəzib-dolaşır.Heyvanların arasında çölə-bayıragedir, amma onlara da çox qaynayıb qarışmır.

-Demək o yalnız qalacaq?

-Fikir çəkmə , ay bala.

Bu söhbətdən sonra gözümü Qartaldanayırmadım. Hər addımını, otlamasını izləyirdim.

Bəzən anam hirslənirdi:

-Nə deyim sənə, ay Yusif, hardanbuna dedi buzov laldı. Uşaq əməlli başlıfikir eləyir. Bircə bu çatmırdı. Ay qızım, bütün günü bu heyvanların dalıncadüşüb nə gəzirsən?

-İstəyirəm öyrənim görüm lal buzovnə edir?

-Bax, Mədinə, yadında qalsın. O nəsənə bir söz deyəcək , nə də sən bir şey öyrənəcəksən... Sadəcə o mələmir. Biz də heyvanlar aləmindənbir şey bilmirik. Atandan savayı. Dağ yeridi. Hava sərindi. Gəl çadıra.Soyuqlayarsan.

-Yaxşı, ana. Gələcəm.

Ancaq anamdan xəlvət yenə hər günQartalı izləyirdim. Nə edir, necə ortalayır. Doğurdan da atamın dedikləridoğruydu? Heyvanlardan aralı tək-tənhaotlayırdı. Yazığım gəlirdi ona. Deməli,heyvanların da dili olurmuş. Onlarbir-biriylə öz aralarında danışırlar. Söhbət edirlər. Amma, yazıq Qartal bütünbunlardan mərhumdu. Gör bilmədiyimiz nəqədər sirrlər var dünyada. Bəzən gözəl çiçəkləri, yumuşaq otları qırıb ona verməkistəyirdim. Sakitcə baxırdı mənə. Əlimdən alıb yeyirdi. Sonra da iyiləyirdi məni.Fürsət tapan kimi siğallayırdım onu. Tərpənmirdi yerindən. Bir gün anam mənimbu davranışlarıma görə atama şikayət elədi:

-Allah sənə kömək olsun, ay Yusif,hardan bu qıza dedin o dananın lal olduğunu. Bütün günü onun arxasınca düşüb çölləri dolaşır. Dağ başıdı. Hava da ki, sərindi.

Atam gülümsədi:

-Mənim mərhəmətli balam. Sən ona nəedə bilərsən? O özü otlayır bütün heyvanlar kimi. Hər yer-yurd otdu. Ananınsözündən çıxma. Buralardan uzaqlaşma. Yuxarılarda çaqqal, canavar olur. Bəzənbu yerlərdə ayı da görünür. Ananınyanından uzaqlaşma. Eşidirsən?

-Yaxşi ,ata, heç yerə getmərəm.

-Bax belə. Ağıllım mənim. Ananı daeşit. Onun sözundən çıxma.

-Yaxşı ,ata.

Bir gecə heyvanlar arxaca dönəndənsonra atam nədənsə yenə dilxor idi. Səbəbini bilmirdim. Ancaq evə gəlib əl fənərinigötürdü. Sonra çobanlarla harasa getdilər. Mələ blə gəldi ki, hansısa heyvanörüşdən qayıtmayıb. Çünkü həmişə belə olanda obadan hamı yığışıb axtarmağagedirdi itən heyvanı. Özümə yer tapmırdım. Anam da bizə heçnə demirdi.

-Yeməyinizi yeyin, durun yatın.

Özümü tuta bilmədim:

-Ana, bəs atam hanı?

-Atan gələcək. Neyləyirsən atanı?İşi-gücü var adamın. Uşaqsan öz işinlə məşqul ol.

Anamın da keyfi olmadığinı hissetdim.

-Hara getdilər bəs? Hər yer dəqaranlıqdı.Niyə fanarları götürdülər?

-Sənin sualların qurtarmaz. Ay qız,kolxoz sədrisən, ya ferma müdiri? Nə bilim. Qayıdarlar indi. Yıxıl yat. Dağınsoyuq gecesində niyə oturmusan? Qorovul çəkirsən çadıra?

Bu o demək idi ki, sual vermə. Mənimkeyfim nə deyir, səninki nə deyir.Əlacım yoxdu. Yorğanımın altınagirdim. Amma, gözümə yuxu getrmirdi. Düşündüm ki , özümü yuxuya getmiş kimigöstərim. Atam evə dönəndə, hara getdiyini, nəyi axtardıqlarını mütləq anamadanışacaq. O həmişə belə edirdi. Onda öyrənərəm. Səhərə yaxın qayıtdılar. Çöldəçobanların səs-küyü eşidilirdi. Atam alaciqa girib oturdu. Anam həmənsorğu-suala başıadi:

-Nə oldu, ay Yusif, tapabildinizmi düyəni?

-Hə. Allaha şükür! Nə danışırsan, mən onsuz dönərdim heç? Gözumə yuxu getməzdiinan. İlan vuran yatardı, mən yatmazdım.

-Bəs, harda ilişib qalıbmış külbaş?

Öz-özumə düşünürdüm ki, görəsənhansı heyvandan danışırlar? Atam məni dardan qurtardı:

-İnanmazsan, Mələk, düşüb bir xəndəyə.Görünür yurd yeriymiş. Kimsə nə üçünsə qazıbımış. Köçüb gediblər.Yəqin, gecə örüşdən qayıdanda, heyvandıda, düşübora. Ha çalişib, hərəkət edib çıxa bilməyib.Əldən düşüb. Ürəyim partlayırdı. Lalheyvandı. Nə mələyir, nə səsini çıxarır. Əldən-ayaqdan düşdü çobanlar da. Amma,sag olsunlar, məni tək qoymadılar axıra qədər.

Ağlamaq məni tutdu. Deməli, Qartalimiş itən. Ona görə anam mənə heçnə deməyib. Pis olacağımdan qorxub.

-Ay Yusif, bəs Allah eləmiş kimi,necə tapdınız yazıq heyvanı?

-O qədər çağırdıq ki. Hərənin əlindəbir fanar. Günüz haralarda mal-heyvan olubsa, oraları ələk-vələk elədik.İnanmazsan qarış-qarış gəzdik. Mən eləadıyla çağırırdım.Deyəcəm, ancaq inanmayacaqsan. Eyni yerdə durub bəlkə əlli dəfə "Qartal” deyə bağırdım.Tək bir dəfə mələdi.

Anam özünü saxlamayıb ağladı.

-İlahi!

Atamda da kövrəlmişdi:

- İnanmadım kı, ömründə bircə dəfədə doğulandan mələməyən düyə mənim çağırışlarıma dözə bilmədi. Vallah, bəlkə dəheç kim inanmaz buna. Bir movcüzə baş verdi, Mələk. Onu xəndəkdən çıxarandansonra nə qədər məni yaladı. Qoxuladı. Gərək bunu görəydin. Özümü saxlayabilmədim. Ağladım. Bilirsən, hansısa başqa heyvan olsaydı bəlkə də bu qədər təsir etməzdi. Onun lal olması məni çox üzür.Aralaşmırdı məndən. Güclə gətirmişik qapıya.

Anam göz yaşlarını silə-silə dedi:

-Yusif, O sənə çox isinişib,ondandı. Gör heyvan nə qədər etibarlıdı. Allah, böyüklüyünə şükür!

Atamın boğazını qəhər tutmuşdu.Danişa bilmirdi.

-Yusif, ayağı-zadı qırılmayıb?

-Yox , çox şükür!

Yata bilmirdim. Göz yaşlarım selə-suyadonmuşdu. Həm sevinirdim onu tapdıqları üçün, həm də Qartalın lal olması, belə əziyyətlərcəkməsi məni üzürdü. Atamin danişığından da bilirdim ki, heç nə ona kömək edəbilməz.

Dağların əvəzedilməzliyi məniözumdən alıb apardı. Həmişə fikirləşirdim görəsən Tanrı niyə bütün vüqarı , əsrarəngizgözəllikləri dağlara verib?

Nə heyrandayanıb ulduzlar yenə

Zirvəli dağlarda gözümü vardı?

Ah, niyə ayrıdı zirvə-zirvədən

Bu yerdə həsrətin özümü vardı?

Getdi Koroğlusu dönmədi geri

Hər dərə qəlbiində bir yara yeri

Kimsəyə açmadı bu böyük sirri

Dağların nə böyük dözümü vardı!

Gözəllik bu yeri oylaq eylədi,

Hər gələn hüsnünə alqış söylədi,

Ovçunun qəlbində yara göynədi,

Cığırda ceyranın izimi vardı?

Qoşa bulaqların sızlayır, axır,

Bənövşən sonama nə süzgün baxır,

Çəmənlər telinə lalələr taxır,

Ulduza deyəsi sözümü vardı?

Oturub lal-dinmaz saatlarla axanbulaqlara, rəngarəng çiçəklərə, lalələrə tamaşa edirdim. Kəklikotunu dəribacgözlüklə qoxluyurdum və fikirləşirdim ki, görəsən elə bir ətir varmı bunu əvəzedə bilsin? Dünyanın bütün biləndərləri, istesalçıları yığıla təkcə bu qoxunuicad edə bilərlərmi? Bu da mənim həyatımda cavabsız qalan suallarımdandı.

Havaların dəyişməsi ilə əlaqəliolaraq yurdları dəyişirdilər fermalar yaylaqlarda. Belə olanda atlar, dəvələryüklənirdi. Növbə ilə alacıqları başqa səmtədaşıyırdılar. Maşının çıxa bilmədiyi yerlər olduğu üçün ancaq bu yolladaşınırdı evlər. Bizim köçə növbə gələndə köməkləşib nəyimiz vardısa fərməşlərəqavqarıb atlara, dəvələrə yuklədilər. Anam atın birini çəkirdi. Böyükqardaşım başqa bir atı yedəyinə almışdı.Atamsa ən böyük dəvəni aparırdı. Çobanlar da kömək edirdilər. Demək olar kiheyvanlar da bizimlə bərabər gedirdilər. Sürülər otlaya-otlaya obayla köçedirdilər. Dağda elə yerlər vardı ki, dərələrin döşüylə ancaq tək bir cığırgedirdi. İndi o mənzərələri gözümün qabağına gətirəndə ürəyim uçunur. Elə həmin oqorxunc cığırlarlayüklü atlar, dəvələr ötüb gedirdi.

Axşam yağış yağmışdı deyin yer sürüşkəndi. Birdən atamın yedəyindəki dəvəninayağı büdrədi. O boyda dəvə üzüaşağı yumalandı. Atam bərk-bərk yapışdığı ipi əlindənburaxmayıb heyvanı saxlamağa çalışırdı.Bunu görəndə hamımız qışqırmağa başladıq qorxumuzdan. Çobanlar yuxarıylagedirdilər. Heç kim dərhal köməyə gələ bilməzdi. Çünki cığırlar elə cərgələnmişdiki, gərək başa çıxıb həmin yolla geri qayıdaydın. Hamı bir ağızdan atama sarı qışqırırdı:

- Yusif, dəvənin ipini burax. Sənisürükləyib dərəyə aparar. Cəhənnəm olsun hər şey.

Atam heyvana qarşı çox rəhimliolduğunu, onları çox sevdiyini bilirdik.Onagörəo dəvəyəbirşeyolmasınıistəmirdi:

-Mənonuburaxabilmərəm. Bəlkəaşağıdakıdikdirlərədayanıbdurar.Bacım da, qardaşım da, məndəağlayırdıq. Qorxurduqkiatamızabirşeyolar. Anam dadurmadandeyirdi:

-Yusif, buraxdəvəninipini. Cəhənnəmolsun o əşyalar. Ölməyiciyikha. Birtəhərötüşərikbir-ikigünlük. SonragedibBazarçaydanalarsangərəkənləri.Canındanartıqdeyil.

-Mələk, mənimdərdimdəvədi, aşağıdığırlansa, öləcək.

-Ay kişi, sənin o boydadəvəyəgücünçatar? Nədanışırsan,inadetmə.Buraxdəvəninipini.

-…

Hamımızağlayırdıq,atamızabirşeyolacaqdeyə.EləbuanQartalıncığırlaendiyinigördüm.O sərtbirşəkildədəvəyə sarı şığıyıbbuynuzunuheyvanınböyrünədirəməyəçalışdı.Sanki hamıtam çarəsizyerindədonubbusüpürüşməninsonununnecəbitəcəyinigözləyirdi.

- Ay zalımusage,niyədomuşubbaxırsınız? Gözləyirsinizheyvanyumalansındərəyə?Haydı,irəli durum, köməkeləyin!

Atamınbeləhaylanmağıeləbilhamınıyuxudanoyatdı.Çobanlarenibdəvəninyerdənqalxmasınaçalışdılar.Şükürki, heyvanıayağaqaldırabildilər.Dar, çətinkeçidbeş-on addımaralıdaqalandahamıkimiməndəgördümki,Qartalatamınsırıqlısınınqolunu,ətəkhissəsiniyalayır.Anamağlıyırdıvədeyirdi:

-Kərəminəşükür, Allah! Heyvanınəməlinəbax!

…buhadisəuzunmüddət el arasındadanışıldı.