Göyçayda bank hesablarından pul oğurlayan şəxslər saxlanılıb
Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından 91 manat pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Valeh Xəlilov, əvvəllər məhkum olunmuşlar Ruslan Qasımov və Həriman Rəhimov avqustun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların cari ilin may-avqust ayları ərzində Göyçay rayon sakini olan daha 3 nəfərin bankdakı hesablarından ümumilikdə 2479 manat pul çıxarmaları müəyyən edilib.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13