Göyçayda 15 yaşlı məktəbli qızı maşın vurdu
Göyçayda məktəbli qızı maşın vurub.
Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib.
Göyçay şəhəri, M. Hüseynzadə küçəsi 29, ev 35-də yaşayan, 2004-cü il təvəllüdlü Abışova Mələk Elm qızı yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 21:30