adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyul 2019 09:08
114288
MÜSAHİBƏ

“Görünən hər şey mənəm” - MÜSAHİBƏ

(Əvvəli burada)


KÖVSƏR YAŞILDAŞ

Türkiyəli yazar Kövsər Yaşıldaş mistisizm, ezoterizm və ilahi eşqi tərənnümedən əsərlərin müəllifidir.Onun maraqla qarşılanan kitabları əsrlərdən bəri nəsildənnəslə ötürülən əbədi bir missiyanı davam etdirərək, bu günün kvant fizikasınınköməyi ilə qədim gizli elmi, ilahi sirləri açıqlayır.

Kövsər Yaşıldaş, 12May 1971-ci ildə İzmirdə doğuldu. 28 il özəl sektorda Qrafik Tasarım və RəngAyırmavəzifəsində çalışdı. Ən son Uluslararası Flekso TesisləriBasqı Ambalaj sektorunda idarəetmə vəzifəsini yerinə yetirdi vəelə oradan da təqaüdəçıxdı. "İndiqo”dərgisində yazıları yayımlanır və müxtəlifqəzetlərdəköşə yazarlığı ilə məşğuldur.

2010-cu ildən bəri kitab yazmaqdadır. Əsərləri elmi-kütləvi, təsəvvüf ədəbiyyatı, fantastikhekayə, türk romanı vəuşaq-gənçlər üçünhekayə kitablarıkateqoriyasınadaxildir.

Müəllifi olduğu kitablar:

1-Kvantgizliöyrətisi / Avqust, 2010
2- Ən-əl Haqq Həllac-ı Mansur / iyun, 2011
3- Batini Mövlana / sentyabr, 2011
4- İşıqəri- Hacı Bəkdaş Vəli / yanvar, 2012
5- Arif üçün din yoxdur / iyul,2012
6- Eşqə varınca qanadı kim arar / yanvar, 2014
7- Sənin adın eşq / oktyabr, 2015
8- Ledün elmi HAYY / iyul, 2015
9- Sufi Öyrətisi "Quşların dili”/ iyul, 2016
10- Tor / oktyabr, 2016
11- Visaiti Thri / dekabr, 2016
12- KA'yıb / yanvar, 2017
13- UTHRA "Qurtarılmış Qurtarıcı" / May, 2017
14- Kvant fizikası vəfəlsəfəsi / May, 2017

15- İşarətli cocuklar "Atlanta”

16- Batini qapılar "Hüruf”

1.Dəyərli Kövsər xanım, kitablarınızda gizlibir öyrətidən (elm-təlimdən) söz edilir.Bu gizli öyrəti nədir?

KövsərYaşıldaş:Gizli öyrətilərin kökü, on minlərlə il öncəyə gedən,çox möhtəşəm bir bilgi almabilgi ötürmə sisteminə bağlıdır.Bu sistem sufizmin önəmli təməl daşlarından biridir. Sufizmin içində,özünəməxsusbir üslubla, Batıni Öyrətinin (Gizli Öyrətilər) sirlərinin nəsildən nəsləötürülməsindəariflərinçox önəmli bir funksiyası olmuşdur. Gizli Öyrətilərdə, sirlərin demək olar ki,heçbiri açıqşəkildə dışarıya sızdırılmamışdır, amma bu bilgilər incə- incə sözləriniçinəgizlənmişdir, bu sözlərləqarşılaşanlar, çox vaxt böyük bir çaşqınlıq içindəqalırlar.O sözləri anlamağa çalışanlar, o sözlərin içində gizlənən əsil anlamlarlaüz-üzə gələ bilmişlər, ancaq beləanlamağa cəhdetməyənbir çoxarifi dindənkənarolmaqla, dindən çıxmaqla günahlandırmışlar.

Gizli Öyrətiləri anlayabilmək üçün, batıni öyrətininbir çoxsahələrini öyrənmələri gərəkdir. Ariflərin tək bir sözündə belə çox dərinbatıni sirlər üstü örtülü bir şəkildə durmaqdadır. Tək bir sözün içində dinlərləbağlıçox önəmli bilgilər gizlidir. Gizli Öyrətilərə aid sözlərin dərinliklərinəenildikcə,dinlərin əslində nə olduğu da indikindən çox daha fərqli bir şəkildəalqılanabiləcəkdir. Çünki günümüzdə hələ də dinlər, batini yönləriylə deyil,zahiri, yəni dış görüntüsü şəkliylə geniş xalq kütləsinə öyrədilməyə davamedilir. Xalq, məlumatı olmayaninsanlar bu sözlərin anlamını qavrayammaz. Həttadilə də gətirəmməz. Bu cümlələrin anlamını ancaq açıq şüurlular anlaya, eləcə dəuyğun şəkildə ötürə bilər.Qısaca, bu elmlər xalqa simvollaşdırılaraq və üstüqapalı anladılır. Bax, bu üstü qapalı vəsimvollaşdırılaraqötürülən bilgilər Gizli Öyrətiləradı ilə bilinir.

2.Bu öyrətini, gizli elmi necəəldəetdiniz?Və ya necə öyrəndiniz?

KövsərYaşıldaş:İlk başda vurğulayaraqonu deməliyəm ki, Gizli Elmaramaqla bulunmaz, istəməkləəldə edilə vəkitablardan öyrənilə bilməz. Kitablar,Gizli öyrətilər haqqında səthi bilgi ötürə bilir. Oxuyanlara bir yol və ya birişarət göstərə bilir.

Gizli elmləri idrak edə bilməsi vəqavrayabilməsiüçün, insanın haqq edişi və üstün ləyaqəti-qabiliyyəti olması çox önəmlidir. Bu haqqediş, haqq etmək ilə bağlı deyildir.Haqq etmək ilə Haqq ediş anlayışları fərqlı mənalardadır. Haqq ediş İlahi birqanundır. İnsanın, sadəcə bir həyat deyil, həyatlar (dövrlər) boyunca əldəetdiyi sonsuz təcrübələrin öz-qavram (əsas anlayış) halına gəlməsi vəözünün dəbu özü-mahiyyəti yaşamına tətbiq etməsidir.Elə buna görə də Gizli elimlər eləkitabi bir bilgi deyildir. Haqq ediş və ləyaqət içində olan insanın bir yaşam şəklidir.Hansı həyatında və o həyatının hansı zaman dilimində bu haqqediş iləqarşılaşacağı,bunu bir yaşam tərzinəçevirəcəyi bilinməzdir. Buna görə də "aramaq”, "gözləmək”,"arayış” daima davam edəcəkdir.

Mən gizli elmiəldə etmədim və ya öyrənmədim.Kitabları yazmıram, mənim bu həyatımda və bu həyatımın bu zaman dilimində,haqqediş içindəolduğum, ləyaqətinə vardığım bir durumdur. Mən bu durumu yazıyatökərək ötürdüm və bu yazıları kitablaşdırdım.

3.”Nəgünəş aya yetişə bilir, nə gecə gündüzü keçə bilir” (Yasin,36/40).Gerçəkdən dəilahi sir nəəl çatmayacaqqədər gizli, nə də hər kəsin əlinin çatacağı qədəraşkardır.Sizin kitablarınızda bu İlahi Sirrin əsintilərini görməkdəyik. SizəSirri açıqlayın deyə bilmərəm, amma onu biraz anladabilərsinizmi?

Kitaplara yazdığım hər sətir dərin hissiyatımın, içdünyamın, fərqliölçülərdəki yolçuluqlarımın məhsuludur. Bəhs etdiyim hər Vəli,özünün Sonsuz Qaynağından bir işıqşüasıkimi axdı və dərin iç dünyamı doldurdu.Bir də röyalar kanalı, ilham kanalı ilə dəmən bu simvolik bilgiləri, başa düşüləcək bir şəkləçevirdim və kitablaşdırdım. Təsəvvüfbilgiləri bazası olmayan bir insanam. Bilimsəl düşünən, hərşeyə elmi yanaşan bir düşüncə tərzimvar. Peşəm qrafika sənətidir. Yəni hamıkimi. Lakin ilhamlar gəldiyi zaman odünyasal Kövsərdən əsər-əlsmətqalmır, başqa bir Kövsər ortaya çıxır. Bəhs etdiyim vəlilərin dəhər birinin ayrı bir səsi,ayrı bir qoxusu, ayrı bir üslubu, ayrı bir tərzi var. Hər bir hissedişi də mənolduğu kimikitablara ötürdüm.

3.Allahbatinində zahirdir deyilmişdir, bizə şah damarımızdan daha yaxın olan Allahıgöylərdə aramaqla nələri tapır, nələri itiririk?

Kövsər Yaşıldaş:AllahucaQuranda, "Həm Batinəm,həm Zahirəm” demiş olsa da, heç kim bu ayətəfikirvermir,əslində. İnsan ağlı, Allahın, sadəcə,batin (görünməyən) yönünüaraşdırıb, göyüzündə bir yerə layiq görür və orada qalması üçün dəardıcılolaraq buna bəhanələr, qanunauyğunluqlar tapmağa çalışır.Çünkü bu,əldə etməninənasan yoludur. Allah göyüzündədir və insanlar da bu baxımdan rahatdırlar.Necəolsa da göyüzündən etdiklərini görə bilməz. Buna görə dəqətliamların vəaclıqların heç sonugəlmir.

LakinAllah "Zahirəm” deyə də buyurmuş. O zaman hər yerdə olduğunu da bilmək gərəkdir.Həllac-ı Mənsur bunu çox gözəl ifadə etmişdir. "Allah Musaya bir ağacdandanışdı. Bir ağacdan danışan Allaha inanırsınız da, şərəfli məxluq olaninsandan danışan Allaha niyə inanmırsınız?” Bu çoxheyrətedici bir ifadədir.Əvvələr dərvişlər yeriyərkən bəzən ayaqları havada qalırmış. Tam ayaqlarınıbasacaqları yerdən Rəblərinin göz qırpdığını gördüklərində heyrətə düşərmişlər.

Rəbbhər zərrəyə möhrünü vurmuşdur. Atomaltı zərrələrdən tutun da tagalaksiyalaraqədər.Canlı cansız olan hər yerdə Rəbbin möhrünü görmək mümkündür.

Allahıngöyüzündə olduğu inancı, çoxqədim bir ənənədir və bunun keçərliliyi sonzamanlarda yox olmağa üz tutmuşdur. İnsanların zehinləri dəyişir,dəyişdikcə dəyenilənir vəçevrilir. Artıqgöylərdənyerəendi. Yəni aramızdadır. Bizimlədir. Birayətdəbelə deyir "Siz hardasınızsa, mən sizinləyim” (Hadid surəsi, 4-cüayət)

4.MənsurHəllac"ənəl haqq” dedi, edam olundu, tarazlıqtəmin olundu.Siz isə Həllac bircümlə ilə Kvantdüşünsəsinin başlanğıcını yaratdı, demisiniz. Buna biraz açıqlıqgətirə bilərsinizmi?

Kövsər Yaşıldaş:Hələorta məktəbdə oxuyarkən İzafiliknəzəriyyəsinin iş prinsipini çözmüşdüm. AlbertEynşteynə heyranlığım vardı. İllər sonra Həllac-ı Mənsurun kitabını yazacağımzaman hissetdiyim ilhamlar, əslində bir gerçəyə işıq tuturdu: Ənəlhaqqqavramı, KvantQanunu iləüst-üstə düşür.

Kvantkainatında bir qopma, bir ayrılmadan söhbət gedəbilməz. Hər şeyin özü-mahiyyəti atom və atom altı dünyasında gizlidir. Atomaltıdünyası, qətiyyən olmayan bütünsel bir yapı-quruluş təşkil etmişdir.

Kvantdünyasında ayrılış, ayrılmaq,qopmaq imkansızdır. Bir atomu parçalarındanayırsanız da, atomun çəkirdəyinəedilən bir müdaxilə, digər parçalarının da eynimüdaxiləyə uğradığını isbatlamışdır. Bu da hər parçanın bütündən ayrı olmadığını,qopmadığını, görünməz bağlarla ən yüksək səviyyədə enerjilərlə bağlı olduğunuisbatlamışdır.

HələKvant Qanunu ortaya çıxmamışdan, Həllac-ı Mənsur "Ənə’l Həqqsözü ilə"Görünən hərşey mənəm” demişdir.Qısaca"Zahir olan Tanrı, Mən’dən işlevdədir, məndə təzahür edir” anlamına gəlir. Bu OMən kəliməsi, Kainatın Özü-mahiyyətidirdir. Kainatın özü-mahiyyətidətək vəbənzərsizdir.

Ənə’l Həqq vurğusundakı Ənəkəliməsi Allah yolunda olan bir ruh üçün işlədilir. Əgər ənə kəliməsini bədənsəl"mən” olaraq düşünsək, yüksək eqo boyutuna girərik. Bu da fironlaşan bir mənlikanlamını daşıyır. Qısaca, MənTanrıyam! Mənə tapının anlamına gəlir. Lakin Həllac-ı Mənsur,Ənə’l Həqq kəliməsinisöylərkən, yüksək eqodan çox daha üst boyutda bir bilinç-şüur yaşamaqdadır. Bubilinç, ruhunun, ölmədən Allaha çatmasıüçün etdiyi çağrışa gələn cavabdır.

Mən Haqqam deməsi,Haqqmənim surətimdə göründü, ya da mən Haqq surətində göründüm anlamınıdaşıyır. Bənzərsiz və tək olan Tanrısal boyut bilincində, qəlblə söylənmiş,gizli bir sözdür.

Ənə’lHaqq sözü, Haqq adınıninsan beynində açılımını, insanın bilincindəki rezonansı, bütün bədən hüceyrələrindəkitanrısal açılımın ortaya çıxmasıdır.

5.”Sorğusual varsa Eşqdə deyilsən”.Amma hər dildəeşqbir başqa rəngdədir.Sizin vardığınız məqamda Eşqəlinizdən necə tutdu, Eşq sizəgerçəyi alqılamaqda öyrətmən oldumu heç?

KövsərYaşıldaş:Mənim əlimdən Həllac-ı Mənsur tutdu. Onu ruhumda dərindənhissetdim. Bir ay beynimin içində həbsoldu və orada mənə gerçək Eşqi öyrətti.Bunu əsla inkar edə bilmərəm. Ən böyükEşq üstadı Həllac-ı Mənsurdur vəmən onun gerçək sevgisinəşahid oldum.Mənim öyrətmənimoldu Eşq.

"Sizinçatdığınız məqamda” deyə bir cümlə var sualınızda.Məsələbelədir ki,bu dünya üstündə, məqamlara çatan adamlar, məqamlara çatan adamlarınanlatdıqlarını eşidənlər vəməqamlara müşahidəçi olaraq şahid olanlar vardır.

Sanıramki, mən üçüncü kateqoriyadayam. Kitablarını yazdığım vəlilərlə, məqamlara doğruyolçuluqlar etdim, müşahidələr apardım və onları bir-bir kitablarıma ötürdüm.Oralarda sualların birmənalı şəkildə yox olduğunu gördüm. Tam bir Eşq içində isən, demək sualınyoxdur.

Mənmüşahidə edən bir insanam. Yəni gözləmçi-müşahidəçiyəm. Bunu mənə bəxş etdiyi üçün də uca Rəbbimə hər an şükr edirəm.

-Kövsər xanım, bu maraqlı və məna yüklücavablarınızlaruhumuzun üfiqini bir az da aydnlandırdığınız üçün sizə çox təşəkkür edir və bu ağır, əbədiliksevdası yolçuluğunuzda sizə bol ilham, sonsuz Eşq arzu edirəm.

KövsərYaşıldaş:Bu üstün və gözəl suallarınıza məmnun oldum. İnanın, bu günə qədərmənə verilən ən qiymətli və ən çətin suallardı. Çox bəyəndim və ilhamaxdı. Kaş ki, hərkəs belə ərdəmlisuallarverə biləydi. Bu suaları verə bilməyiniz, sizin əldə etdiyiniz bilgi və idrak səviyyənizinnə qədər yüksək olduğunu göstərir. Sizi gerçəkdən könüldən təqdiretdim.Suallarınız üçün sonsuz təşəkkür edirəm. Hər kəsə iş avandlığı diləyirəm.

-Sağ olun, maraqlı cavablarınız ən təşəkkür edirəm.


Davamı var...