adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 May 2016 13:48
16268
ƏDƏBİYYAT

Görmədiyi XXI əsrin övladı

OnuXX əsrin, konkret olaraq Sovet epoxasının şairi adlandırırlar. Yazdığışeirlərin əksəriyyəti Qırmızı rejimin tərənnümünə həsr olunmuş şair, dövrdəyişəndən sonra çoxlarının qınağına tuş gəlsə də, əslində bu qırmızınarxasındakı qara məhdudiyyəti, qaranlıq zindan vahiməsi, qara qəlblərinniyyətindən dolayı zahiri rəngini gizlətməli olurdu. Əslində isə yaşadığı dövrünpəncərəsindən öz əsrini deyil, arzuladığı, lakin qisməti olmadığı XXI əsrəbaxırdı. Söhbət Azərbaycanın görkəmli şairi, dramaturqu Rəsul Rzadan gedir.

 

"Rəsul Rza XX əsrdə doğuldu, XX əsrdə həyatıbaşa çatdı. Ömür yolu bütünlüklə bu əsrə sığdı. Amma o, ömrünün hər gününün minbir teliylə bağlı olduğu bu əsrin deyil, daha sonra gələn zamanın balası idi.Əslində o, görməyəcəyi XXI əsrin övladıymış. O, payına düşmüş vaxt kəsiyindəsadəcə kirayənişindi”, – bu fikirləri şairin davamçısı, xalq yazıçısı Anardeyir. Əlbəttə, atanı oğuldan yaxşı kim tanıyar ki! Üstəlik, oğul təkcə onunbioloji davamçısı deyil, həm də qələminin xələfi olarsa, demək şairin ürəyindəqalıb deyə bilmədiklərini, susqunluğun barmaqlığı arxasında qalmış fikirləriazadlığa qovuşdurmağa da haqqı çatar.

RəsulRza sovet barmaqları ilə yazan müstəqil azərbaycanlı idi. Dövrünün müəyyənçərçivəsinə qələmini sığışdırsa da, o qələmi müti öyrətmədi. Onun şeirlərinənəzər salanda XXI əsrin dünyəvi şeir anlayışını, postmodernizm çalarlarınıgörmək olar. Güclü metafora, hadisələrin insani şəkilləndirilməsi Rəsul Rzanıntez-tez müraciət etdiyi ədəbi priyomlar idi:


Gah dünyanın dərdi-səri sıxdıməni,

gah corablarımın boğazı.   

 

RəsulRza yaradıcılığı günümüzdə "Sovet” damğası altında çoxları tərəfindən dağlansada, onun özü vaxtilə ənənəvi sovet qəlibinə dağ çəkmişdi. 30-cu illərdəpoeziyaya sərbəstlik gətirərək şeiri nizamdan, qələm yoldaşlarının bəziləriniisə təbdən çıxartdı. Şairin bəzi qələm dostları onun haqqında donoslaryazıb Rəsul Rzanı antisovetçilikdə, millətçilikdə, formalizmdə ittihamedirdilər. Sual(lar) yaranır: bizim bu əsrdən görə bilmədiyimizi, o əsrinaraqatanları nə yaxşı görə bildilər? Bəs onlar Rəsul Rzanın heç də Sovet şairiolmadığını nə əcəb duya bildilər? Və bu "ittiham”lar niyə bugünkü donosçularıngözünü açmır? Görünür, biz XXI əsrdə klaviatura arxasında oturub, XX əsrin çapmaşınkasının bəhrələrini yaxşı redaktə edə bilmirik. Naşirlərin dili ilə desək,"Üçüncü göz” lazımdır. Yəni Rəsul Rza layiqli dəyərini alması üçün XXII əsrigözləməlidir. Axı o, həmişə gələcəyi arzulayırdı? Özünü dövrünə sığışdırmadığışair, elə bizim dövrümüzə də dar gəldi.  

 

Görünür, yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə...

Və bugün dar mühitdə doğulsa da, buna boyun əyməyən böyük şəxsiyyətin doğumgünüdür. Rəsul Rza 1910-cu il may ayının19-da doğulub. Ömrünü bir əsrə sığışdırsa da, ruhunu əsrlərə qovuşdurabilib. Qələmi ilə təsvir etdiyi gələcəyə!..


Şəfiqə ŞƏFA