adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Oktyabr 2016 11:50
76353
MÜSAHİBƏ

“Gördüyüm yuxular çin olsa, intihar edərəm”

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrino üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıqişıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hərgün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır.Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim obiri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzənbeynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrininaxını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə,montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında"Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizimşüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı”rubrikasının növbəti qonağı JurnalistEkspert Mərkəzinin sədri, yazar CeyhunMusaoğludur. Adalet.az müsahibəni təqdim edir:

- Froyda görə, yuxu mənasızbir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizinfikriniz necədir?

- Yuxu haqqında deyilən bütün fikirlər elə yuxununözü kimi yarımçıq, tamamlanmamış, özündə sonsuz mənaları əks etdirən fikirlərdir.İnsanın dərk etmədiyi hər şey ondanucadır. Məsələn, Allah, məsələn, ruh... Eləcə də yuxu insan düşüncəsinin üstqatıdır, baxmayaraq ki, elm, yuxunun şüuraltı informasiyalar yığını olduğunudeyir. Olsun, amma şüurun altında olanlar elə düşüncənin üstündə olanlardır. Düşünürəm ki, yuxunun insandan daha çox mələkləbağlılığı var. Biz yatırıq, mələk oyaq qalır, min oyundan çıxır və onda ilahigüc olduğu üçün çıxardığı oyunları biz yuxuda olanda görürük.

- Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

- Oxumuşam ki, yuxuda gördüyün hadisə ya oyaqvaxtlarında arzuladıqlarındır, ya da qorxduqların. Bu yanaşmada uyğunluqçoxdur. Mən nəyi daha çox arzulayıramsa və ona çata bilmirəmsə yuxuda görürəm.Qorxduğum hadisələrin də yuxuma girdiyi halları az olmayıb. Adamlar tanıyıramki, onlar heç vaxt yuxu görmədiklərini deyirlər. Əslində inandırıcı deyil. Sadəcəola bilsin onların gördükləri yuxular mənasızdır, bu üzdən adam yuxu görmədiyinizənn edir. Oyaq vaxtı mənasız işlərlə məşğul olanların, düşünməyibacarmayanların, arzusu yemək olanların yuxularında məna axtarmaq absurdur. Məncəyuxu görməyən adam yoxdur. Şəxsən mən yuxu görməyi xoşlayıram. Nəyi pisdir ki,arzuladıqların və əl çatmaz olanlar yuxuna gəlir, sən onunla təmas qurursan.Yekəxanalıq çıxmasın, mən qəşəng yuxular görürüəm. Yəni mövzu baxımındangördüyüm yuxular məzmunlu olur, həm də posmodern ruhlu. Yuxuda elə şeylər görürəmki, onları ancaq ədəbiyyat və filmlə göstərmək mümkündür. Görünür təxəyyülümdəfantaziya çoxdur. Oyananda hər dəfə deyirəm ki, gördüyümü yazacam, sonrayazmağı da unuduram, elə gördüyümü də. Yuxu həm də sehrlidir, nə günah istəyirsənyuxuda edə bilərsən, mütləq bağışlanır. İnsan yuxusuna görə cavabdehlikdaşımır. Yuxudakı kimi yaşamaq arzularımdan biridir - sərbəst, azad və güclü.

Demək olar yuxunun həyatıma təsiri yoxdur. Yuxudagördüyümdən daha çox, həyatda öncədən hiss etdiyim baş verir. Qəribədir, indiha istəyirəm bu günə qədər gördüyüm yuxulardan birini bura yazım, yadıma heçbir detal düşmür. Bircə onu bilirəm ki,yuxularım çox canlıdır, rənglidir, məzmunludur.

- Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

- Heç vaxt. Həyat adamın başını hər addımda eləsındırır ki, yuxuya görə də başını növbəti dəfə ağrıtmaq istəmirsən. Yuxu eləyuxu olaraq qalmalıdır. Yuxuda gördüklərimiz paralel dünyada baş verənlərdir.Uşaq vaxtı sevgi şeirləri yazırdım, əksər azərbaycanlılar kimi. Belə misravardı: "Deyirlər balaca ölümdür yuxu, yuxudan duranda ölürəm gülüm".Hər gün yuxuda onu görürəmsə, niyə oyanıb onsuz dünyaya düşüm ki... Bu mənadayuxu həm də gözəldir, baxmayaraq ki, yatanda həyatda olmursan.


- Yunan filosofuHeraklitin yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün təkbir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onuniçində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Ümumiyyətlə başa düşmürəm, Heraklit nə demək istəyib bu fikirləri ilə,fırlanmaq fiziki mənadamı səslənir, ya ayrı izahı var... Ancaq oyaq adamlarında müxtəlif dünyaları ola bilər. Məşhur fikirdir: "Yaşamaq istədiyindünyanı özün qur". İnsan real dünyada istədiyi həyatı qurmağı bacarar, sadəcərisk və cəsarət lazımdır. Yuxuda nə risk var, nə cəsarət. Yuxuda seçmədiyin həyatadüşürsən. İki dünya var - real və yuxu. Mən yuxudakı dünyanı xoşlayıram. Əgəryuxu görməsəm və bilsəm ki, daha heç vaxt yuxu görməyəcəm, bunu xəstəlik bilərəm,həkimlərə müraciət edərəm. Arada oldu, uzun müddət yuxu görmədim. İnanın dəlikimi olmuşdum, bütün günü fikirləşirdim, fantaziyalar qururdum ki, şüuraltınakeçsin və yuxuma gəlsin. Nail oldum.

- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanmamaq mümkündeyil. Axı mistika izah olunmazdır. İzah edə bilmədiyimiz hər şeyin mistik gücüvar.

- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Gördüyüm yuxularçin olsa, ya məni tutarlar, ya öldürərlər, ya da intihar edərəm. Çox zamansevinirəm ki, gördüyüm yuxular çin olmur. Çünki faciə yaşamış olaram. Yuxularımınməzmununda qayda, ənənə və qanun pozuntuları çoxluq təşkil edir.

- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və əngözəl yuxu hansılardır?

- Yadımda qalanıyoxdur. Elə abstrakt şeylər görürəm ki, həyatda onların izini -tozunu tapmaqçox çətindir, daha dəqiqi mümkünsüzdür.

- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bununsəbəbi hələ bilinmir. Ammaalimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mənim yuxumda çiçəyin çiçək, böcəyin böcək rəngi var. Həm dəyuxularımdakı rənglər həyatdakından çox dəqiqdir, hətta özüdür. Təbiətinhəyatdakı dəqiq rəngini müəyyənləşdirmək olmur - toz basıb, havanın rəngi,məsələn, yarpağın dəqiq rəngini görməyə imkan vermir. Yuxumdakı rənglər isədəqiqdir, Allahın yaratdığı əsl rənglərdir.

- Yuxularınıza haram qatmısınız?

- Çox olub. Qəsdənoyanmışam ki, doğmamın, əzizimin ölümünü görməyim, yaxud özüm uçuruma yuvarlanmayım,qəzaya düşməyim. Çox vaxt yuxuda olduğumu bilmişəm. Dözmüşəm, dözmüşəm, sonanda ayılıb aradan çıxmışam.

- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Yuxumda ən çoxgördüyüm adam Üzeyir Hacıbəyovdur. Onunla eyni dövrdə yaşamadığıma görəpeşmanam. Elə bilirəm, dahi Üzeyir bəyin ölümünün qarşısını ala bilərdim. O çoxyaşamalıydı. Hər dəfə Fəxri Xiyabana gedəndə, Üzeyir bəyin dizinin üstünəqoyduğu daşa dönmüş əlindən öpürəm. Həmin günün axşamı onu mütləq yuxumda görürəm.Elə xoşbəxt oluram ki, Üzeyir bəy mənimlə danışır, daha doğrusu o, danışır məndinləyirəm.

- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Əksinə, yuxular adamı həqiq ətlərdən uzaqlaşdırır. Nə yaxşı ki, beləolur. Hamının bildiyi həqiqət artıq təkrardır. Təkrarsa bir dəfə baş verdiyiüçün maraqsızdır. Yuxulardakı həqiqətlər yenidir, həm də heç kimə məxsus deyil.Kimsə yuxumuzdakı həqiqəti özəlləşdirə bilməz. O heç kimindir, deməli, safdır,təmiz və əsraraəngizdir. Yuxusuz bir günüm olmasın, onda həyat lap gözümdən düşər.Alternativi olmayan həyat bezdiricidir. Yuxu həyatın alternatividir.