adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Fevral 2018 16:03
14700
DÜNYA

“GOOGLE”Nİ TÜRK SULTANI ƏBDÜLHƏMİD İCAD EDİBMİŞ

Kütahyada düzənlənən"Vəfatının 100 illiyində Ulu Hakan II Əbdülhəmid Xan” konfransındaprofessor Əbubəkr Sofuoğlu görün nə deyib: "Googleni kullanan, ilk icad edənSultan Əbdülhəmid xandır. Gedə bilmir, bulaşmaq imkanları yox, getsə paytaxtdaproblem çıxarar. Nə yapır; fotosunu çəkdirir, izləyir. Və burdan da hər şeyiyönləndirir. "Google”ni ilk icad edən buanlamda Sultan Əbdülhəmid xandır".

Yəqin ki, buprofessor belə fikirləşdiyinə görə, Nobel mükafatı alar. Amma qorxuram ki, ABŞbelə bir qüdrətli alimi oğurlayıb apara.