adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Noyabr 2016 19:34
20422
KRİMİNAL

Gömrükdə telefon əməliyyatı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd "Samsung Galaxy J2”, 1 ədəd "Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd "qulaqcıq” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.