Gömrükdə külli miqdarda dərman ələ keçirilib
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun piyada idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazı ilə baxış zamanı, malların arasındakı elektrik qızdırıcısının içərisində şübhəli predmetlər müşahidə olunub.
Adalet.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, təkrar yoxlama nəticəsində isə gömrük orqanına əvvəlcədən bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, hər birində 14 həb olmaqla 276 konvalyut "Lyrica (pregabalin)” adlı dərman preparatı aşkar edilib.
Eyni zamanda, məlum olub ki, içərisində dərman preparatları yerləşdirilən əl yükü, əslində onu gömrük nəzarəti zonasına daxil edən Azərbaycan vətəndaşına məxsus deyil. Həmin yük Gürcüstandan tranzit keçməklə Türkiyədən Azərbaycana gələn sərnişin avtobusunun sürücüsünün olub. İstanbul şəhərində yaşayan sürücü həmin yükü avtobusda işləyən şəxs vasitəsilə Azərbaycanın ərazisinə keçirməkdə köməklik göstərməsi üçün Azərbaycan vətəndaşına verib.
Qeyd edək ki, "Lyrica (pregabalin)” adlı dərman preparatının Azərbaycan Respublikasının ərazisində mülki dövriyyəsi qadağandır. Bu dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21