Gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verildiyi halların sayı artırılıb
Gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verildiyi hallar artırılıb.
Adalet.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
Beləliklə, bu hallar sırasına aşağıdakılar əlavə edilib:
- malların buraxılışı həyata keçirildikdən sonra 3 (üç) il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;
- gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
- aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
Gömrük auditi nəticəsində malların düzgün gömrük proseduru altında yerləşdirilməməsi müəyyən edildikdə gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv ediləcək.
Digər Xəbərlər
02 Avqust 2026 18:18
Leyla Əliyevadan qardaşına təbrik - FOTO
01 Avqust 2026 14:15
Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
01 Avqust 2026 12:43
Sabah 39° isti olacaq
01 Avqust 2026 12:39
Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma
01 Avqust 2026 09:47
BDYPİ-dən həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış
01 Avqust 2026 00:01
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
31 Iyul 2026 17:45
Mehriban Əliyeva “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış oldu - FOTOLAR
31 Iyul 2026 17:37


Bakı -°C

