13 May 2014 14:25
10559
MƏMLƏKƏT

“Global Talent” – Xaricdə Professional Təcrübə Proqramı

Global Talent Proqramı AIESEC Azərbaycan təşkilatının Azərbaycan gəncləriüçün təklif etdiyi ən mühüm proqramlardan biridir. Bu proqram xaricdə Marketinqvə İngilis dili müəllimliyi sahəsində professional təcrübə keçmək istəyən gənclərimizəşamil olunur. Bu təcrübə proqramı müxtəlif ölkələrdən gələn gəncprofessionallarla birgə iş imkanı, yeni iş metodlarının məsimsənilməsi üçün şəraityaradır və qayıdarkən isə bu təcrübəni yerli şirkətlərdə tətbiqinə təkan olur.

Bu proqramın əsas üstünlüklərindən biri də odur ki, təcrübəçilərgetdikləri ölkədən asılı olaraq yaşayış və qalmaq xərclərinin qarşılanması üçünəməkhaqqı ilə təmin olunurlar.

Bu proqram iştirakçıları üçün əsas tələblər aşağıdakılardır:

·21-29 yaş arası olmaqları

·Seçdikləri iş sahəsi üzrə təcrübə (Marketinq – 8 ay; Müəllimlik – 6 ay)

·3 aydan 12 ayadək xaricdə təcrübə proqramı keçməyəuyğun olmaq

·aiesec.az saytında yerləşən ərizə formasınıdoldurmaq: http://bit.ly/1nZmzCz

Ərizə təstiqi üçün son tarix: 15 May, 23:59

Əlavə suallar elektron ünvana göndərilə bilər:[email protected]