adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Noyabr 2014 17:17
19010
SAĞLAMLIQ

Gizli xəstəliklərin xarici əlamətləri

Bəzən xarici görkəmimizdə qəfilyaranan qüsurları kosmetik vasitələr və geyimlərlə gizlətməyə çalışırıq. Ammaxarici orqanlar əslində daxilimizin güzgüsüdür. Başqa sözlə, sahibini xəbərdarlıqetmək istəyir. Adalet.az rus mütəxəssislərin araşdırmalarına istinadən təhlükəlixəstəliklərin bəlirtiləri olan bəzi əlamətləri diqqətinizə çatdırır:


1. Yetkin adamda sızanaqlar - əgəryeniyetməlik yaşını çoxdan adlamısınızsa, buna baxmayaraq üzünüzdə sızanaqlar çəkilmirsə,o zaman hormonal, qaraciyər və mədə-bağırsaq problemləriniz var.


2. Tökülən saçlar - ən yaxşışampunlardan istifadə etmənizə, düzgün qidalanmanıza rəğmən, saçlarınız çəngə-çəngətökülürsə, anemiya (qanazlığı) və qalxanvari vəzidən əziyyət çəkirsiniz.


3. Şişkin qarın – fitness klublarda ətək-ətəkpul xərcləyib, üstəlik canınıza da rəhm etmədən idmanla məşğul olursunuz, ammayenə də qarın nahiyənizi "əridə” bilmirsiniz? Deməli, qarın boşluğunuz təhlükəlisiqnallar verir: xüsusən astsit (qarın boşluğuna su yığılması), kista və şişlərola bilər. Ən azından bağırsaq pozuqluğundan narahatsınız ki, o da nəticədə köpyaradır.  Həm də qaraciyərinizdə böyüməola bilər.


4. Göz ətrafında qara halqalar - əgərhər gün gözətrafı halqaları korrektə etməklə məşğulsunuzsa, səhhətinizə "barmaqarası”baxanlardansınız. Birbaşa müayinəyə! Ümumi qan analizi verməlisiniz. Orqanizmdəiltihabi proseslər ola bilər. Bundan başqa, böyrək, ürək çatışmazlığı və mədəaltıvəz problemləri də gözün altında "xəbərdarlıq” qoya bilər.


5. Tüklənmə - epilyasıya və digərkosmetik prosedurlar yaramır? Arzuolunmaz tüklər üz və bədəninizdə baş alıbgedir? Elə isə qadın orqanlarınızı yoxlatdırın. Güman ki, yumurtalıqlarınızın fəaliyyətipozulub. Daha pisi – polikistoz, kista, fibroma və nəhayət, bədxassəli şiş olabilər!


6. Qızarmış gözlər - əgərdüşünürsüzsə gözlərini qızarması yorğun iş günündən və kompüter qarşısında çoxoturmaqdandır, yanılırsınız. Davamlı qızartıların səbəbi daha xoşagəlməz olabilər: gözünüzdə təzyiq ola bilər ki, müalicə almadıqda geri dönüşü olmayankorluqla nəticələnə bilər. Revmotoloqla da məsləhətləşin. Olabilsin ki, artritin bəzi növləridir, onlar da gözə qızartı verir.


7. Həddən artıq tərləmə - Tər əleyhinəvasitələrlə bu problemi ört-basdır etməyə çalışmayın. Ürək qüsuru –stenokardiya və periokardit tərləməni artıran xəstəliklərdəndir. Şəkər xəstəliyidə tər vəzilərinin fəaliyyətini artırır. Bundan başqa, daxili sekresiya vəzilərininzədələnmələri də normadan artıq tərləməyə yol açır.

Üz və bədəndə əlamətlər adiyorğunluqdan və stressdən də yarana bilər. Məqsəd oxucuda narahatlıq yaratmaqdeyil, sadəcə müayinədən keçmək, problem varsa, onları aradan qaldırmaqxeyrinizə olar.