adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2017 15:42
33595
MƏDƏNİYYƏT

“Geyilməmiş ayaqqabılar” itkilərimizin ünvanını göstərir

RejissorRza Rzayev "Geyilməmiş ayaqqabılar”filmini təqdim elədi. Təqdimat mərasimində xeyli ziyalımız xoş sözlərdedi bu film haqqında...

AmmaRza Rzayev bu filmlə heç də xoş söz demirdi...

O itirdiklərimizinünvanını göstərirdi. Vətənpərvərlik şüarı demədən.

Sadəcəbildiyim budur ki, Azərbaycan cəmiyyətinə ilk dəfə idi ki, belə bir mesajverilirdi. Və bu mesajın müəllifi idi Rza Rzayev...

***

Birneçə il əvvəl bir ingilislə qatarda yol yoldaşı oldum. Qarabağlı olduğumu,doğma şəhərim Ağdamın işğal altında olduğunu biləndə mənə bir əhvalat danışdı.

Buingilisin bir yəhudi uşaqlıq dostu varmış. Həmin yəhudiyə valideynləri almayeməyi qadağan ediblərmiş. Hətta dostu öz evlərində də ona alma təklif edəndəyemirmiş. Yəhudinin uşaqlıq dostu olan yol yoldaşım, ancaq gənclik dövründəbilir ki, alma yeməməyin sirri nədir.Sən demə yəhudi uşağın valideynləri oğlanlarına alma yeməyi qadağan edibvə ona deyirmişlər: "Sənin almaların Yerusəlimdədir. Alma yemək istəyirsənsəYerusəlimə getməlisən”.

Yolyoldaşımın bu söhbətindən sonra Qarabağ haqda danışmadıq. Və bu söhbətdən sonraçox düşündüm ki, biz övladlarımızı "alma”dan məhrum etməyə qıymırıq, ammaəvəzində onlara bolluca vətənpərvərlik şüarları öyrədirik. Vətənpərvərlik yox,vətənpərvərlik haqda şüarlar. Həm də təkcə uşaqlara yox...

***

Ayaqqabımövzusu mənə çox doğmadı. Bu mövzuda mən də sənədli bir film çəkmişəm. Və RzaRzayevin filminin adını eşidəndə çox maraqlandırdı məni...

AğdamdaRahib Məmmədov adına bir muzey var. O muzeydə bir çüt əsgər çəkməsi var. Buçəkmələr Samir Abdinova məxsusdur. Samir 1992-ci ilin martında şəhid olub.Şəhid olmazdan 12 gün əvvəl, fevralın 26-da meşədə xilas etdiyi Xocalı sakininiayaqyalın görən Samir öz çəkmələrini ona verib.

10 ilbu çəmləri saxlayan Elyana Hümbətova nəhayyətdə bu çəkmələrin kimə məxsusolduğunu tapa bilir. Amma Elyanaya onu da deyirlər ki, Samir bu hadisədən 12gün sonra Əsgərəan ətrafında gedən döyüşlrə həlak olub...

Buyerdə bir haşiyəyə çıxıb filmi hazırlayan zaman Samirin anasından eşitdiyimmaraqlı bir əhvalatı danımaq istəyirəm...

Samir26 fevralda axşam üstü evə gəlir. Anası görür ki, ayaqyalındı. Samir əhvalatıdanışır. Amma ana bilirsiniz Samirə nə deyir?

Axıana üçün övladının ayağına daş dəyməsi ən böyük faciədir...
İndi fikirləşin Samirin anası nə deyir övladına?

"Aybala, səndən başqa adam yox idi, ayaqqabısını ona verə?”

AmmaSamirin cavabı ananın nitqini dondurur:

"Ayana, mən də elə bildim deyəcəksən ki, südüm sənə halal olsun”.

Samiriməhz anasının verdiyi tərbiyə döyüşçü eləmişdi...

***

RzaRzayevin filmini çox diqqətlə izlədim. Filmdə zəhmət çəkən digərlərinin əməyinəkölgə salmaq istəmirəm. Amma bu film məhz Rzanın düşüncəsi, onun dünyagörüşüdür. Bu filb başdan-ayağa Rzadır. Və bu günümüz üçün heç kimin demədiyi,amma ən vacib olan bir fikri deyir: "Mən ayaqqabımı öz kəndimizdə geyinəcəm...”

Əlbəttəayaqqabı sadəcə bir simvoldur. Bizim torpaqlarımızla birlikdə itirdiklərimizinümumiləşdirilmiş obrazıdır.

BizQarabağla bərabər hər şeyimizi itirmişik...

Bizimhər şeyimiz o torpaqda, Qarabağdadı...

Vəssalam...

Rzada məhz bunu deyirdi...