adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Iyul 2018 14:04
13328
DÜNYA

GENERALA 13 MİN DOLLAR ATDILAR

13min dollar nə puldu ey, onu da hələ bir dilinə alıb şikayət edib. Bizdə MTN-in generallarıcamaata milyonlar atmışdı, çoxu heç qorxusundandilinə gətirmədi.

Deməli,belə. Türkiyədə birinci ordunun sabiq komutanı, ordu generalı Xurşid Tolonu içində suriyalılarda olan bir çete, çete nəydi ey, dəstə dolandırıb.Deyiblər ki, FƏTÖçular sənin bank hesablarına giriblər, telefonundan istifadə ediblər və sair və ilaxır. Özlərini də polis, hakim və prokuror kimi təqdim ediblər. Deyiblər ki, onlar gələcək, sən onlara 13 min dollar pul ver, qoy əllərinin izi puladüşsün ki, biz onları suç üstü yaxalayaq. O boyda general da oturub maşınına gəlib deyilən yerə, pulu verib çetenin digər üzvlərinə.Onlar da aradan çıxıblar, general da başadüşüb ki, ona atıblar, polisə şikayət edib.

Polisdə (day general şikayət edib də) dolandırıcıların izinə düşüb və hamısını da həbs edib – 8 nəfər olublar.