adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Fevral 2020 22:56
13540
SİYASƏT

Gəncliyin nümayəndəsi gəncləri təbrik etdi

Dünyada ilk dəfə "Gənclər günü” 1998-ci ildə avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə elan olunur. MDB​ məkanında və Şərqi Avropa ölkələri sırasında isə, bu gün ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. Belə ki, 2 fevral 1996-cı il tarixdə xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyevin dəstəyi ilə, ölkəmizdə gənclərin 1-ci forumu keçirilir və bir il sonra, Ulu Öndərin imzaladığı 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə, 2 feval günü "Gənclər günü” elan olunur. Belə bir sərəncam imzalandıqdan sonra, ölkəmizdə hər ilin 2 feval günü "Gənclər günü” deyə qeyd olunmağa başlayır. Bu da ulu öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olur. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə gənclər siyasətinin əsas qoyuldu və 1994-cü ildə, məhz bu siyasəti həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyi də yaradılır. Nazirlik fəaliyyətə başladıqdan az sonra, mərhum prezidentimizin rəhbərliyi altında ölkəmizdə gənclərlə bağlı məsələlərə diqqət və qayğı daha da artırıldı. Belə bir diqqət və qayğının nəticəsi olaraq, hal-hazırda ölkəmizdə kifayət qədər intellektual qabiliyyətə malik olan, istedadlı, elmli, geniş dünyagörüşlü gənc nəsil formalaşmaqdadır. Bu da Azərbaycan hakimiyyətinin bu sahədə həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.

​ Artıq ənənə halını almış "Gənclər günü” hər il ölkəmizdə böyük canfəşanlıqla keçirilir və bu günün gəlişi ərəfəsində, hətta bir çox layihə proqramları da həyata keçirilir. Atılan belə bir addımlar gənc nəslin gələcəyə ümidini artırmaqla bərabər, eyni zamanda gənclərdə gələcəyə böyük ümid hissi də formalaşdırır. Bu gün ölkəmizdə qeyd olunan "Gənclər günü”, məhz əlamətdar bir günə çevrildi. Belə bir səbəb üzündən də, həm Azərbaycan gəncliyinin bir nümayəndəsi, həm də 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün, 99 saylı Şəmkir kənd seçki dairəsində namizədliyi qeydə alınmış bir şəxs olaraq, bütün gənclərimizi ürəkdən təbrik edir, hər kəsə bu işıqlı dünyada xoş gələcək, sağlam həyat və xoş günlər arzulayıram.

​ ​Əziz gənclər, hamılıqla bayramınız mübarək!

​Vəsilə Abulova​ ​ ​99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə​ alınmış​namizəd