adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 May 2016 14:08
9063
MƏMLƏKƏT

Gəncləşən narkomaniya

Sonu müxtəlif xəstəliklər (QİÇS,xərçəng, epilepsiya) və ya ölüm gətirən narkomaniya və alkoqolizm yayılmağabaşladığı vaxtlardan lokal xarakter daşısa da, sonradan bəşəriyyətə düşmənkəsilən qlobal problemlərdən biri oldu.

Danılmaz faktdır ki, hərbir xalqın gələcəyi gənc nəsillərdən asılıdır, ona görə də bunlara müasirgəncliyin bəlası adı verilmişdir. Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi,əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən,insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığınartmasına səbəb olan başlıca amillərdən biridir.Həmçinin, Psixologiyada belə bir elmi nöqtə var: kiçik yaşlı uşaqların yeniyeniyetməlik dövrünə qədəm basarkən siqaretə və ya spirtli içkiyə alüdə olmahalları günümüzdə rast gəlinir. Psixologiya elmi bunu belə bir tezislə ifadəedir ki, bu yaşda uşaqlar ətrafdakı insanlara özlərini böyüdüklərini göstərməkistəyirlər. Ailənin zəif tərbiyəsinin təsiri altında özünün böyüdüyünü, artıqböyük insan olduğunu göstərmək üçün bu yeniyetmələr hər hansı bir dəlilə, yaxudyardımçı vasitələrə əl atırlar. Təbii ki, ən asan yol da zərərli vərdişlərinyaranmasına və yaşanmamış gəncliyin gələcəkdə bərbad hala düşməsinə səbəb olur.Bu psixoloji faktor sırf hər hansı bir millət və ya xalq üçün aidiyyət kəsbetmir. Mövzuya geniş bir aydınlıq gətirsək belə bir məntiqi ardıcıllığıgöstərmək olar: Bir elmin dövləti, milləti olmur, demək onun gətirdiyifaktorlar da bütün bəşəriyyətə aid olmalıdır. Buradan nəticə çıxır ki, məhz bucinayəti (buna cinayət də demək olar). Bütün dünya yaşayır.

Bu acınacaqlı hal təəssüfləqeyd olunmalıdır ki, Azərbaycanda getdikcə çoxalmaqdadır və son iki ildərespublika ərazisində rəsmi məlumata görə, narkomanların sayı 2-3 minəçatmışdır. Rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkiledir.

Statistik məlumatlara görə,2013-cü il üçün ölkədə narkomanların sayı 28376 nəfər nəfər təşkil edib, bu rəqəm 2014-cü ildə 28656 nəfər,ötən il isə 28555 nəfər çatmışdır. Statistik məlumatlardan göründüyükimi narkomanların sayı artır. Çünki tarixi bir az da arxaya versək aradakıfərqin minlərlə rəqəmlə ölçüldüyünü görərik.

Təəssüfedici daha bir halodur ki, narkomaniya gəncləşməkdədir. Belə ki, Respublikada narkomanlarıntəxminən 17.5%-i 18-29 yaş arasında olan gənclərdir. Narkomanların 2.1%-inəfəri qadınlar, 44.8 isə 40-49 yaşlı kişilərdir.



Narkomanların 80%-i damardaxili narkotik istifadəçilərdir. Respublika üzrə ən çox narkotik istifadəçilərisə Bakı və Sumqayıt şəhərlərinin və cənub bölgəsinin payına düşür.

Yuxarıda verilənlər rəsmi məlumatlardır,qeyri-rəsmi məlumatlara görə, isə bu ölkədə narkomanların sayı göstərilənrəqəmlərdən bir neçə dəfə çoxdur.

Bunlarla bərabər ölkədənarkomaniya ilə bağlı əks təbliğat həyata keçirilir: Müxtəlif dövlət orta vəali məktəblərində, Dövlət və özəl təşkilatlarında bu istiqamətdə tədbirlərhəyata keçirilir.

Ölkə başçısının sərəncamıilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram təsdiqedilib. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramınınhəyata keçirilməsinə nəzarət işi Narkomanlığa və Narkotik Vasitələrin QanunsuzDövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə olunub və buistiqamətdə tədbirlər görülür.

Narkomaniya ilə bərabərAlkoqolizmi də göstərmək lazımdır.

Ümumdünya SəhiyyəTəşkilatının məlumatına əsasən dünyada baş verən ölümlərin təxminən 4%-ninsəbəbi alkoqoldur. AİDS, tuberkulyoz xəstəlikləri və müharibələrlə müqayisədəalkoqol daha çox insanın həyatına son qoyur. İçkiyə aludəçilikdən qaynaqlananölüm faktları Rusiya və MDB ölkələrində daha çoxdur. Bu ölkələrdə hər 5 ölümdənbiri alkoqolizmdən qaynaqlanır. Ümumilikdə dünyada il ərzində alkoqolizmnəticəsində 2,5 milyona yaxın adam ölür. Ümumdünya Səhiyyə Təşkilatınınhesabatında bildirilir ki, spirtli içki düşkünlüyü 60 müxtəlif xəstəliyə vətravmaya səbəb olur. Ən çox yayılan xəstəliklər qaraciyər serrozu, epilepsiyavə xərçəngdir, üstəlik sərxoş sürücülərin günahı üzündən yol-nəqliyyathadisələri də baş verir.

Gənclərin, yeniyetmələrinpis vərdişlərə qurşanması hallarının psixoloji məqamı qısa da, olsa yuxarıdaqeyd olundu. Bu mövzuda ekspertlərin fikirləri də maraqlıdır.

Kulturoloq ÜlviyyəQasımbəyli hesab edir ki, çətinlikləri elə çətinliklə də dəf etmək lazımdır:"Bizdən asılı olan və olmayan çətinliklər mövcuddur. Bəs biz nədənbaşlamalıyıq? Biz valideyn və müəllimlərimiz vasitəsilə bu çətinliklərdən yoltapa bilərik”.

Dini Etiqad və VicdanAzadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlununfikrincə, gənclərin problemi "iradəvi yaşam”ı imitasiya etməsindədir.Gənclər bu imitasiyadan uzaq olmağa çalışmalıdır. Gənclik müəyyən mənada buətaləti dağıtmalıdır”.


Cəmiyyətdə bir problem digəriniyaradır. Düşünülməmiş atılan hər addım insanlara heç də hər zaman xoş nəticələrvəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkənbu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Görəsən, ətrafımızdakıinsanların bu zərərli vərdişin əsirinə çevrilməyində günahkar kimdir? Cəmiyyət?İnsan münasibətləri? İnsan özü? Bəlkə daxilimizdəki İBLİS?

Rüfət Soltan