adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Fevral 2017 10:15
47019
MÜSAHİBƏ

"Gənclərimiz xürafata meyillidirlər"

Hər bir şəxsinmotivasiyaya ehtiyacı var. İnsanlar müxtəlif olduğu kimi onların problemləri dəfərqli olur. Lakin belə bir deyim var, dərdi verən çarəsini də verər. Zəif insanlarhər zaman çarə tapmaqda çətinlik çəkirlər, onları həyata bağlayan insalara ehtiyac duyurlar. Motivasiya verən şəxs sənin qardaşın da olar bilər,dostun da, ailən də. Lakin Universal təfəkkürlü və toplumda güc yarada biləcəkmotivatorlar cəmiyyətimizdə çox azdır. Çünki bu elə də asan bir iş deyil. Məhzrubrikamızın qonağı da Azərbaycanda tanınmış motivatırlardan biri olan Murad Məmmədovdur.Qonağımızın Adalet.az-a müsahibəsini təqdim edirik.

-Sizi motivasiya təlimçisi kimi tanıyırlar. Motivasiyayadaha çox fizki məhdudiyyətli gənclərimizin ehtiyacı olduğu halda təşkiletdiyiniz tədbirlərdə onlara demək olar ki, rast gəlinmir.

-Bu ona görədirki, mən seminarlarımı və təlimlərimi sırf əlilliyi olan insalar üçün deyil, gənclərüçün təşkil edirəm. Gənclərin müəyyən işin öhdəsindən gəlmələri üçün bu seminarlarıtəşkil etmişəm. Bəzən seminarlarımda yaşılı nəslin nümayəndələrini də görürəm.Doğrudur əlilliyi olan insanların seminarlarımda iştirakına çox az rast gəlirəm,bunun səbəbi ölkəmizdə əlilliyi olan şəxslərinevindən çıxıb şəhərdə rahat hərəkət etməsi üçün infrastruktur lazımı şəkildəqurulmamasıdır. Mən də istəyərəm ki, əlilliyi olan insanların seminarlarımdaiştirakı tam təmin olunsun. Çünki ən çox onların bu cür motivasiya yönlü təlimlərəehtiyacı var. Məhdudiyyət məsələsi olduqca insanın motivasiyaya daha çox tələbiolur. Ancaq təəssüf ki, bu cür məhdudiyyətlər ölkməmizdə çoxdur.

- Fiziki məhdudiyyətiolan çoxlu sayda gənclərimizin fəaliyyətini və istedadını üzə çıxarmaq və sırfonlar üçün motivasiya yönlü tədbirlər keçirmək kimi planlar varmı?

-Birneçə reabilitasiya mərkəzlərində fiziki məhdudiyyətli gənclərimizə yönəlik seminarlarım olub. Ramanada yerləşən Reabilitasiyta və peşə Mərkəzində,Əhmədli qəsəbəsində yerləşən Reabilitasiya Mərkəzində dəfələrlə təlimlərim baştutub. Mənim özümün daimi seminarlarla və mühazirələrlə çıxış etdiyim konkret məkanolmadığı üçün hələki bunu dəvətlərlə edirəm. İstənilən bir reabilitasiya mərkəzindənmənə dəvət gəlsə sırf onlar üçün birşeylər fikirləşərəm. Hal hazırda konkret məkan yaratmaq şəxsi planımda yoxdur.Hal hazırda mən bunları sosial şəbəkələrdəki paylaşımlarımla edirəm.

-Gələcək planlarınız nədir? Yenikitab gözlənilirmi?

-Həyatınbir qədər qarışıq və gözlənilməz hadisələrlə keçib. Davamlı sürprizlərləqarşılaşmışam. Fiziki məhdudiyyətimlə bağlı isə gələcək üçün heç bir plan qurmamışam. Bu mənim xüsusiyyətimə çevrilib. Bu gün də fəaliyyət göstərdiyimsahələrə fokuslanıram. Harada varamsa orada ən mükəmməli olmağa çalışıram. Gördüyümişlərdə daha peşəkar və birinclilərdən biri olmağa çalışıram. Planlarımdan biriisə odur ki, avtomobil almaq istəyirəm. Bunun zəruri edən başlıca səbəb isə ölkədəəlilliyi olan insanlar üçün infrastrukturun kifayət etməməsidir. O ki, qaldıkitabla bağlı, deyə bilərəm ki, ikinci kitab planda var. İlk kitabımın dahaçox oxucuya çatmağını gözləyirəm. Bundansonra ikici kitab barədə ideayaları həyata keçirəcəm. İkinci kitab bir qədər fərqlijanrda insanlara motivasiya verəcək. Yəni əvvəlkindən fərqli olaraq bu kitabroman şəklində özünü biruzə verəcək.


- Nik Vujiçiç də yazdığı kitabları vətəlimləri ilə dünyaya tanındı. Bu insan haqqında nə deyə bilərsiz?

-Nik Vujiçiçdünyaca məhşur motivatordur. Kifayət qədər potensiallı biridir. Məndən də çox məhdudiyyəti olmasınabaxmayaraq o insan dünyaya sübut edib ki, insan güclü varlıqdır. İndinin özündədə minlərlə insana bunu sübut edir. Sadəcə Nik Vujiçiçlə mənim yanaşmalarım fərqlidir.O əksər hallarda din üzərindən insalara motivasiya verir. Hər bir şeyi din ilə,tanrı ilə əlaqələndirir. Təbii ki, mən də tanrını mövcudluğunu qəbul edirəm, lakin düşünürəm ki,hərtərəfli motivator olmaq üçün insan universal olmalıdır, sırf din üzərindənişləməməlidir. Çünki, motivasiyaya ehtiyacı olan insanların deisti də varateisti də. Bu o demək deyil ki, o insan allaha inamırsa ölməli və yaxudöldürməlidir. Hər bir motivator peşəkardırsa motivasiya verməyə çalışmalıdır.Nik Vujiçiç özünün də qeyd etdiyi kimi rahibdir. Ola bilər ki, inancı olmayaninsanlar da ondan motivasiya ala bilsin. Lakin yenə də deyirəm ki, mənə görə hərkəsə uyğun motivasiya verilməlidir. Sadəcə fərqimiz yanaşmalarımızdadır.

- Ümumiyyətlə fəaliyyətinizbir gənc olaraq çox dərin və perspektivlidir. Azərbaycanda çoxlu sayda gənclərimizaktiv fəaliyyətdən kənardadırlar. Sizcə onların düşüncələrini necə dəyişməkolar?

-Azərbaycandakı gənclərin düçüncələrinidəyişmək üçün ilk növbədə onlarısosiallaşmaya yönəltməliyik, onlar çox aktiv həyat tərzi keçirməlidirlər. Bir insannə qədər çox görsə o qədər çox olğunlaşır və kamilləşir. İnsan mümkün qədər fərqlişeylər yaşamlıdır. Düşünürəmki, bu gün gənclərimizin passiv olmasının səbəbiMonoton olmalarıdır, onlar daha çox sosial həyata qarışsalar, aktiv həyat tərzikeçirsələr avtomatik olaraq bir çox şeyi dərk edəcəklər. Təkcə gənclərin deyil,cəmiyyətin də sosiallaşması üçün maariflənmə başlıca şərtdir. Bu kitablarla, Məqalələrləvə digər vasitələrlə ola bilər. Fərdlərin və aktiv gənclərin səyi kifayətetmir, bu işdə dövlət də öz səylərini göstərməlidir.

- Gənclikpotensialımızın hazırkı səviyyəəsini necə qiymətləndirirsiniz?

-Gənclik potensialımızın hazırkı səviyyəsitəəssüf ki, arzuolunan deyil. Çünki gənclər daha çox bəsit mövzular arxasınca qaçırvə daha çox xürafata meyillidir. Lakin düşünürəm ki, son 6-7 ildir böyük dirçəlişhiss olunur. Maksimim 20-25 ildə bu düşüncələr özülərini daha model, daha olğunvə daha səviyyəli düşüncələrlə əvəz edəcək.

- Və sondainsanı motivasiya edə biləcək ən güclü söz hansıdır sizcə?

-Əslində motivasiya müxtəlifdir. Kimisinipul qazanmağa, kimsini ailə qurmağa motivasiya etmək olar. Motivasiyanın şamilolunacağı durumlar çox fərqlidir. Hər duruma fərqli söz demək lazımdır. Məsələn,çoxlu pulu olub, lakin başqa problemi olan şəxlərə deyə bilmərəm ki, sən güclüvarlıqsan istəsən çox pul qazana bilərsən. Çünki o adamın onsuzda çoxlu puluvar, onun pul qazanmağa ehtiyacı yoxdur.

-Təşəkküredirəm

-Buyurun!

RüfətSoltan