adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Oktyabr 2016 16:26
9034
ƏDƏBİYYAT

Gənclər Kitab Evində toplanacaq

Gəncədə yerləşən "Kitab Evi” yenicə istifadəyə verilməsinə baxmayaraq, ətrafına kitabsevərləri toplamağı bacarıb. Gənclər "Kitab Evi”nə üz tutaraq burada müxtəlif multimedia vəsaitlərindən, elektron kitablardan istifadə edir, Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə kitablar oxuyurlar.

Bu dəfə də "Kitab Evi” ndə Gəncə Kitab Klubunun üzvləri gənclərlə görüş keçirəcək. Azərbaycan ədəbiyyatına həsr olunmuş görüşdə kitabsevərlər gənclər arasında keçirilən sorğuya əsasən seçilən Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” əsərini müzakirə edəcəklər.

Klubun sədri Ülviyyə Mahmudova yenigence.com-a bildirib ki, görüşün keçirilməsində əsas məqsəd "Kitab Evi”ni təbliğ etmək mütaliəyə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdən ibarətdir