adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Avqust 2014 22:04
8764
MƏMLƏKƏT

Gəncədə vaqon istehsalı zavodu tikiləcək

Bu ilin sentyabrında Gəncədə vaqon istehsalı zavodunun təməli qoyulacaq.

 Bu haqda jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. O qeyd edib ki, İsveçrənin "Stadler Rail Group” şirkəti ilə birgə tikiləcək zavodun inşasının 18 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Müəssisə istər ölkə daxilində, istərsə də beynəlxalq daşımalarda istifadə olunmaq üçün ildə 50 vaqon istehsal edəcək. Burada, eyni zamanda, metro vaqonları da hazırlanacaq.

Zavodda istehsal ediləcək vaqonlar müasir standartlara tam uyğun olacaq.