Gəncədə Su Festivalı keçirilib
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı qədim Gəncə şəhəri olub.
APA-nın məlumatına görə, su səyahətinin Gəncə mərhələsinə Göygöldən start verilib.
Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin IV sinif şagirdi Aysu Salahova "Bakı-2017”nin misdən hazırlanmış su qabını Göygölün suyu ilə doldurublar.
Mərasim Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam edib. Oyunların ulduz səfiri, əməkdar artist Tünzalə Ağayeva gəncəliləri təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.
Göygöldən doldurulan səhəng sakinlər tərəfindən Bakıya sola salınıb.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52