Gəncədə 2 yaşlı uşağın əli amputasiya edildi
2 yaşlı uşağın əli işlək vəziyyətdə olan ətçəkən maşında qalıb
Gəncədə bədbəxt hadisə baş verib.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 2012-ci il təvəllüdlü Hüseynov Əkbər Qərib oğlu sağ qolunun sağ saidin xəsarəti ilə xəstəxanaya daxil edilib.
Araşdırma zamanı məlum olub ki, 2 yaşlı uşaq evdə ehtiyatsızlıqdan sağ əlini işlək vəziyyətdə olan ətçəkən maşına salıb. Xəstəxanaya çatdırılan uşağın sağ əlinin sağ saidinin 1/3 hissəsi amputasiya edilib.
Digər Xəbərlər
03 May 2024 17:14