adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Oktyabr 2017 11:00
55963
MÜSAHİBƏ

Gənc yazar: “Mən ölü doğulmuşam”

Ədəbiyyatdayeni-yeni addımlarını atan gənc yazarlardan biri də Müşfiq Şükürlüdür. Müşfiqmüsahibə verməkdən imtina edirdi. "Mən hələ bişməmişəm, bizim söhbətimizalınmayacaq” deyirdi. Onu çətinliklə də olsa razı sala bildim. Müşfiqlə ədəbiyyatagəlməyindən, böyük yazıçı Kafkaya bənzəyirliyindən, yaradıcılığından maraqlısöhbətimiz alındı.

Adalet.az gəncyazar Müşfiq Şükürlü ilə müsahibəni təqdim edir.


- Müşfiq, səhveləmirəmsə, ilk müsahibəndir?

- Səhv etmirsən. (gülür)


- Onda özünhaqda məlumat verərdin...

- 23 yaşım var, BDU-nun Jurnalistika fakültəsinibitirmişəm. Deyilənə görə, gənc yazaram. Yazıçılar Birliyində Gənc Ədiblər Məktəbininkoordinatoru, "525-ci qəzet”in müxbiriyəm.


- Bəs hardadoğulmusan?

- Bakıda doğulmuşam, sonra Gəncəyə köçmüşük. UşaqlığımHacıkənddə keçib. Universitetə qəbul oldum, gəldim Bakıya.


- Uşaqlığınnecə keçib?

- Uşaqlığın bir oyun-əyləncə tərəfi var: dəcəllik,qorxaqlıq, çılğınlıq... Bir də hamının olmasa da, ən azından ədəbiyyat həvəskarlarınınuşaqlıq həyatı. Yəni mütaliə ilə keçən şablon yazıçı taleyi. İbtidai sinifdənsonra ədəbiyyat oxumağa və yazmağa başladım.


- Kitabamaraq ailədənmi gəlirdi?

- Biz guya "ziyalı ailəsi”yik. Mənim üçün "ziyalı”anlayışı bir az fərqlidir. Bu sözə yaçox tələbkar yanaşıram, ya da ki, qəbul etmirəm. Amma reallıq budur ki, anam, əmilərim,dayılarım müəllimdir. Atam isə hərbçi. Dörd uşağıq, hamımız da ali təhsilli.Bizim nəsildə yazıçı yoxdur, amma kitaba maraq var. Bədii kitaba marağım,meylim məncə böyük qardaşımla bağlıdır. Hacıkənddə Mərkəzi Kitabxanamız varidi. İndi də durur. Mən o zaman ancaq bunu dərk edirdim ki, qardaşım evə kitabdaşıyır, bir ucdan oxuyub qaytarır. Sonradan bu xasiyyəti mənə də keçdi.


- Bəs ədəbiyyatagəlişin necə oldu? Kim səni aldatdı ki, istedadlısan?

- (gülür). İndi məni ədəbiyyat mövzusunda aldatmaqelə də asan deyil. Amma sən deyəndə də həqiqət var. Açığı məni universitetdövründən aldatdılar. Professor Cahangir Məmmədli məni inandırdı ki, yazılarınmaraqlı və fərqlidir, sən yazıçısan. Ədəbi mühitlə yaxından tanışlığım isəyazıçı Şərif Ağayarın sayəsində oldu. O,"Mənim kiçik nağılım” adlı hekayəmi səmimi və maraqlı bir şəkildəoxuculara təqdim etdi. Hekayəm bəyənildi, hətta deyərdim oxundu. Beləcə, çağdaşədəbiyyatçılarımızın, yazıçılarımızın bir qismilə dostlaşdıq. Mənə elə gəlir,oxuduğum kitablardır mənə bu cür dostlar, dəyərli insanlar qazandıran. Ədəbiyyatagəlməksə ciddi məsələdi. Bunu gələnlərdən-gedənlərdən soruşmaq lazımdı.


- Şərif sənəyazıçılıqla bağlı məsləhətlər verirdi?

- Şərif indi də məsləhətlər verir. İlk söhbətlərimizyadımdadır. Mənə dedi, istedadını qatla qoy cibinə, yaz-poz, öyrən. Amma düzünüdeyim Şəriflə və ədəbi mühitlə tanışlıqdan sonra məndə bir depressiya yarandı.Böhran deyək. Onlar günahkar deyil, əlbəttə. Bəlkə heç ədəbiyyatçılarla ünsiyyətimolmasa da, gözlərim açılacaq və ədəbiyyatın nə dərəcə məşəqqətli bir işolduğunu anlayacaqdım axır- əvvəl. Yəni uşaq vaxtı yüz vərəqli dəftərlərdən düzəltdiyim,içini yazıb doldurmağa çalışdığım yarımçıq romanlarım, hekayələrim, rəvayətlərim,nağıllarım yoxdur artıq. Bəlkə bir də o cür özümü aldada bilmərəm. Çünki indiciddi-ciddi oynamağın vaxtıdır. Bu isə asan deyil. Zəhmət çəkmək də təhlükəlidiryazıçılıqda. Nə bilirsən, bəlkə bada getdi? Oldun istedadsızın biri. (gülür) Özümüyazıçı hiss etmirəm artıq. İki ilə yaxındır ki, heç nə yazmıram. Ara-sıra məşğulolsam, çap olunsam da, necə yazmalı sualı məni ciddi şəkildə narahat eləyir, əngəlyaradır.


- İlk dəfəharda çap olundun?

- İlk dəfə universitet qəzetində çap olunmuşam.Universitet yeməkxanasındakı bir aşbaz qadının gündəlik işlərindən bədiireportaj hazırlamışdım. İlk hekayəm isə "525-ci qəzet”də çıxdı.


- Ədəbi gənclikdənrazısan?

- Ümumiyyətlə, mənim ədəbiyyatla bağlı xəyallarım, ümidlərimqənaətbəxş deyil. Təkcə gənclik yox. Bütövlükdə ədəbiyyat. Düşünürəm ki,texnikanın inkişafı və başqa-başqa səbəblər ədəbiyyatı sıradan çıxarmaqdadır.Sanki ədəbiyyat gərəksiz bir şeyə çevrilir, ya da dəyişir. Ədəbiyyat, mənə eləgəlir ki, hal-hazırda cəmiyyətə ciddi şəkildə təsir eləmir.


- Demək istəyirsənki, ədəbiyyat şouya çevrilib?

- Yox, onunla əlaqəsi yoxdu. Ədəbiyyatın qüdrətindənsöhbət gedir.


- Kafkaya bənzərliyinvar. Bu, səndə fəxr hissi yaradırmı?

- Kafka mənim yazıçım deyil. Üç-dörd il öncəoxumuşam "Çevrilmə”ni, "Qəsr”i, hekayələrini. Onda bir düşkünlük yarandı.Sevdim Kafkanı. Ancaq elə də çox keçmədi. İçimdəki Kafka sevgisi tezliklə tükəndi.Əvvəllər sirli bir qutu və məni ədəbiyyata calaşdıran bir bağ, keçid, körpü,mübhəm bir qapıydısa, indi artıq səfsətədən ibarətdir. Əksinə ondan daha gözəl əsərləryazmaq istərdim. Kafka da öz əsərlərinin mükəmməl olmadığını etiraf edir.Kafkada ədəbi baxımdan yarımçıqlıq var, məncə. Yenilik gətirib, modernistdir,amma nəsə ədəbi natamamlıq var əsərlərində. Ona zahiri mənada bənzədiyimi isədüşünmürəm.


- Onun şəxsihəyatında qadınlarla olan yarımçıqlığı sənin hekayələrində var elə bil?

- Hekayələrimdən bir-ikisini çıxsaq, hamısı zibilqutusuna atılmalıdı. Qismən ürəyimcə olanlar da mən deyən ölçülərə uymur. Qaldıqızlarla platonik, qeyri-sağlam münasibətlərə, yeniyetməlik dönəminin əlamətləriidi orda yazılanlar. Yavaş-yavaş insanınhəyata baxışı dəyişir, nəinki qızlara, qadınlara.


- Sosial şəbəkələrdə elə də aktiv deyilsən...

- Yox, istifadə edirəm. Bir ara Tviterdə yamanaktiv idim. Gördüm vaxtımı aparır, atdığım tvitlər də bir işə yaramır, çıxdım.Feysbuk profilimi da nə vaxtsa dondurmaq fikrindəyəm.


- Kənardancılız, bədbin, qapalı birinə bənzəyirsən. Hekayələrində də görünür bu. Adamlardanqaçırsan sanki…

- Fiziki quruluşumla bağlı nəsə deyə bilmərəm.Özümü, bədənimi sevirəm. Bəli, hardasa məsafəli adamam. Bu da yəqin nəzakətqaydalarına əməl etməyi sevdiyimdəndir. Ancaq o qədər də bədbin deməzdim. Bəlkərasionalam? Emosional və rasional.


- Nə vaxtsa ədəbiyyatagəldiyinə görə peşman olmayacaqsan ki?

- Ədəbiyyata gəldiyimi düşünmürəm. Ədəbiyyata gəlməküçün həqiqətən ciddi mənada bir sanballı əsər ortaya atmaq lazımdır.


-Ədəbi mühitideyək…

- Bizim ədəbi mühiti sevirəm. Nə qədər dava-dalaş, "qırğınlar", mübahisələr, soyuqluqlar, şou-konfliktlər olsa da, sevdiyim adamlarçoxdur. Ancaq tam ruhuma uyğun adam yoxdur. Ümumiyyətlə, fikirləşirəm ki,insanın ruh ekizi olmur.


- MarselPrustun "İtirilmiş zamanın sorağında” roman-epopeyasını oxumusan, 7 cildlin hamısını. Necə oxudun bu boydakitabı? Bu yaş üçün tez deyil? Əvvəlcə klassikləri oxuyub sonra keçməyin dahadoğru deyildimi?

- Bu yaxınlarda bir oğlan da yazmışdı məndən. Adımı çəkməyib,amma söz atıb. Guya ki, Prustu göstəriş üçün oxumuşam, hətta oxumamışam vəciddi reklama ehtiyacım var. Açığı sistemlə oxumağı düşünmüşəm, alınmayıb. Ürəyimistəyən kitabları tapıram, oxuyuram... Prustla bağlı ümumən qəribə söhbətlərgedir, istər ədəbi kontingentdə, istərsə də oxucular arasında. Bu cür söhbətlərmənə yad və gülməli gəlir. Bu nə deməkdir, yazıçı kitabı yazır ki, oxuyaq da. Bəlkəyazıçılığa iddialı olanlar, sistemli mütaliə sərkeşləri düşünür ki, nə vaxtsaproqramı bitirib Prusta çataram. Mənim açığı yazıçılığa iddiam yoxdur, ikincisidə qorxuram ölüb eliyəm, ömrüm çatmaya. Demirəm kamil bir oxucuyam. Müəyyənmütaliə bazam var və nəyi necə oxuduğumu da başa düşürəm. Prustda çətin bir şeyyoxdur. Sadəcə bizim uşaqlar özləri öz gözlərini qırıblar. Qaldı ki, yaşıma.Anar, İsa Hüseynov elə ilk yaradıcı addımlarını bu yaşlarda atıb.


- Bəlkə də eləbunu intellektual görünmək üçün edirsən?

- Kənardakı adamlar üçün nəsə edən biri deyiləm. Hərhalda mürəkkəb şeylərdir bunlar. Özümü ustalıqla aldada da bilərəm. Prustusevirəm. Bəlkə də anamdan, atamdan çox... Yalan, bəhanə... Belə şeyləri məktəbdə,hazırlıqda, universitetdə iki alan, həvəssiz, zehni qabiliyyətcə zəif uşaqlaredərdi. Heç vaxt ehtiyac duymamışam. Bax, "Səfillər”i oxumamışam. İndi gərəkoxumadıqlarımdan danışam, ürəyin dincələ? (gülür)


- Deyirsənki, özümü yazıçı hesab etmirəm, iddiasızam. Bəs niyə çap olunursan?

- Qərarsızlıq. Mən yaxşı yazıçı olmayacamsa, milçəklənməkfikrində deyiləm. Bundandır tərəddüdüm. Amma yəqin bir-iki ilə bəlli olacaq,yazmaq istəyirəm yoxsa yox.


-Son vaxtlar yazıbeləmirsən. Bəlkə yaradılıcıq əzabı çəkirsən?

- Açığı əzab duyğumu da itirmişəm. Əzab çəkmirəm.Son vaxtlar elə bil heç nə hiss eləmirəm.


- Ən çoxsevdiyim hekayən "Mənim kiçik nağılım”dır. Dünyaya gəlməyini çox həssaslıqla qələməalmısan. Ananı həqiqətən bu qədər çox sevirsən?

- Anamı hər şeydən çox sevirəm. Əlbəttə, yaşayanlar,nəfəs alanlar arasında. Bu, belə də olmalıdır. Hekayə isə fantastik janrdadır əslində.Ölü körpə necə danışa bilər? Ana obrazı da bir başqa qadındır. Üstündən iki ilkeçib o hekayənin. İndi düşünürəm, o körpə də heç mən deyiləm. İnsanın daxilidünyasıyla real həyatı arasında dərin uçurumlar olur.


-Ananyazılarını oxuyur?

- Özüm oxuyuram. Hərdən də verirəm özü oxuyur. Yazılarımamaraqlıdır. Qəribədi, birdən görürəm ki, məni ondan yaxşı anlayan, duyanyoxdur. Birdən də görürəm danışdıqlarımdan nə qədər uzaqdır. Yəni söhbət təkhekayədən getmir. Anamı bir ədəbiyyatşünas kimi yenidən yaratmaq arzusudur bəlkədə bu. Söhbət edirik. Qəfil ədəbiyyatdan söz açıram. Məni dinləməyi sevir. Birdəfə dedi ki, sən qəribəsən. Ancaq əfsus ki, özümü artıq dahi hesab etmirəm.


- Bir ədəbiyyatçıkimi nə istəyərdin?

- Markesin Kortasar haqqında essesi var. Yazır ki,Kortasarla səhərəcən qatarda söhbətləşdik. Ardınca Kortasarın homervari, heyrətamiznitqindən danışır. Bax o nitqi qulaqlarımla eşitməsəm də, Kortasarın əsərlərindənduyuram. Və inanmıram ki, Kortasar kimi düha olam. Amma yaxşı yazıçı olmaq istərdim,ortabab yox.


Söhbətləşdi:Oğuz Ayvaz