Gənc Tamaşaçılar Teatrında 8 tamaşa
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının son üç günü maraqlı tamaşalar nümayiş etdirəcək.
Teatrdan Adalet.az-a bildirilib ki, üç gün ərzində teatrda həm azyaşlı izləyici və məktəblilər, həm də gənclər və yaşlı nəslin nümayəndələri üçün 8 tamaşa göstəriləcək. Tamaşalardan 4-ü uşaq, 4-ü isə böyüklər üçün nəzərdə tutulub.
Oktyabrın 28-də saat 14.00 və 16.00-da dahi dramaturq Mirzə Fətəli Axundzadənin "Hekayəti-xırs-quldurbasan”,29-da saat 12.00 və 14.00-da Abdulla Şaiqin "Tıq-tıq xanım”, saat 19.00-da Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu”, 30-da saat 12.00 və 14.00-da Astrid Lindqrenin "Uzuncorab Peppi”, saat 19.00-da Əli Əmirlinin "Mən səni sevirəm – M.S.S.” tamaşaları nümayiş etdiriləcək.
Digər Xəbərlər
29 Aprel 2024 12:31
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03