Gənc Sahibkarlar Klubunun illik hesabatı keçirilib
Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubumunun illik hesabat tədbiri keçirib.
Tədbirdə millət vəkilləri, media kapitanları, gənc iş adamları, həkimlər, vəkillər, incəsənət xadimləri və jurnalistlər iştirak edib.
Tədbir Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyevin çıxışı ilə başlayıb.
Anar Sarıyev çıxışı zamanı Gənc Sahibkarlar Klubunun bir illik fəaliyyəti və gələcək planları barəsində məlumat verib.
O, bildirib ki, ölkə başçısı və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən gənclərə və gənc sahibkarlara xüsusi qayğı göstərilir: "Biz gənclər hər birimiz cənab prezidentin əsgəriyik. Daim cənab prezidentin ətrafında sıx birləşərək onun uğurlu siyasətini dəstəkləyirik".
Daha sonra tədbirdə çıxış edən millət vəkilləri Adil Əliyev, Azər Badamov, Eldəniz Səlimov və "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlət tərəfindən gənclərə və sahibkarlara göstərilən dövlət qayğısından danışıb.
Tədbirin sonunda millət vəkillərinə, ictimai xadimlərə, media kapitanlarına, gənc həkimlərə, vəkillərə və jurnalistlərə Gənclər Mərkəzi İctimai Birlik tərəfindən "Gənclərin Dostu Milli Müfafatı" təqdim olunub. Qeyd edək ki, bu mükafat 10 ildir ki, millət vəkillərinə, həkimlərə, vəkillərinə, media kapitanları və aktiv ictimai fəaliyyəti olan şəxslərə verilir.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27