adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Oktyabr 2016 20:00
148528
RUBRİKA

Gənc Aprel döyüşçüsü: "Komandirim qollarımda can verdi" - DÖYÜŞ TARİXİ

Aprel döyüşləri xalqınmilli iradəsini üzə çıxardı. Paytaxtda küçələrə, prospektlərə toplaşan Azərbaycanmilli şüuru həmin anlarda cəbhədə döyüşən əsgərlərimiz, zabitlər və gizirlərimizinruhuna bağlanmışdı. Müharibədə hər iki tərəf itki verə bilər. Bu bir savaş,iradə və dözüm tələb edən mübarizədir. Kim daha üstün oldusa daha az itki verəntərəf olacaq. Erməni silahlı qüvvələrinin süni şəkildə azaldılmış itki sayı beləbizim şəhid oğullarımızın sayından çox idi. Təbii ki, müharibə iştirakçısıolmayan bir şəxs bu məlumatları ancaq qəzetlərdən, televiziya kanallarından öyrənəbilər. Lakin istər Lələtəpə, istərsə də Talış istiqamətində gedən böyük döyüşləriniştirakçıları düşmənin torpaqlarımızdakı səngər və postlarında hər addımbaşıyerdə sərilmiş meyitlərini görüblər və tam halı ilə arxayındılar ki, erməniləri"Doğulduqlarına peşman etmişik". Yəqin anladınız ki, kim daha çoxitki verib. Xain hər yerdə xaindir, eləcə də qorxaqların yeri yurdu olmur.Rubrikamızın gənc qonağı Aprel döyüşlərində Füzuli rayonu, Lələtəpə istiqamətindəgedən döyüşlərdə iştirak etmiş Qartal Ovçiyev də belə düşünür. O deyir ki, bizöz meyitlərimizə sahib çıxdığımz halda düşmənlər qorxularından özlərinkini eləoradaca qoyub geri çəkilmişdilər:"Hava erməni cəsədlərinin qoxusu ilə zəhərlənmişdi elə bil. Mənözüm də şəhid və yaralı əsgər yoldaşlarımızı geri gətirmək üçün getmişdim.Qucağımda neçə əsgər gözünü yumdu. Təbii ki, 19 yaşlı bir gəncin gözlərimüharibə görməyə adət etməyib. İndi siz düşünün, mən və əsgər yoldaşlarımın irəliatılmağı bir qədər təəccüb yarada bilər, sizin beyniniz də sual işarələri qoyabilər. Bu sualların yalnız bir cavabı var: MÜHARİBƏ". Çünki müharibədəyaxşı mənada insan vəhşiləşir. Başqa heç nə düşünmürsən. Və bir də mənə elə gəlirki, müharibə görmüş insanlar daha tez böyüyürlər.


Bir vaxtlar əsgəryoldaşım olmuş Qartal Ovçiyevləindi üz-üzə söhbət etməyimiz belə möcüzədir. Düşmən tankının hədəfinə tuş gələnƏsgər Ovçiyev öz komandirini qollarında qeyb edib. Gənc qazimiz həmin hadisəni belə xatırlayır: "Şəhidkomandirim Çavuş Quliyev əvvəla çox cəsur və mərd insan idi. Ən vacibi isə onatabe olan əsgərlərini çox istəyən biri olub. Hətta bizə qardaş qədər yaxınlıqedib. Belə bir insanın qollarımda öləcəyini görmək məni sarsıtdı. Müharibədən əvvəlkivaxtımızda deyərdilər ya ölüm, ya sağ qalmaq. Bu tezisin mənasını anlamırdım.Lakin həmin çaxnaşmanın ortasında olanda artıq hər şeyi çox gözəl anlayırdım.Aprelin 1-dən 2-nə keçən gecə döyüşlər başladı. Əvvəlcə şəhid komandirim,ardınca isə mən irəli atıldım. Bizdən əvvəl kəşfiyyatçılarımız düşmən tərəfəkeçib yolumuzu açmışdılar. Bizim irəliləyə bilməyimiz kəşfiyyatçılarımızınhesabına olub. Əlqərəz, Lələtəpə yaxınlığında artıq düşmənin ərazimizdə olanpostlarına yaxınlaşırdıq, lakin postlara daxil olmaq qəti qadağan idi. Çünkidüşmən qüvvələri öz postlarınınkoordinatını bildikləri üçün bizə birbaşa minamyotlarla zərbələr endirə bilər.Ətrafdakı səngərlərdə gizli çalalarda mövqe tutmuşduq. Bu zaman bir qədərqabaqda erməni tankının dayandığını gördük. Ehtiyatlı olmalı idik vəçalışdığımız qədər topluluqdan kənarlaşırdıq. O ərəfədə bizim tankımız düşməntankına zərbələr endirib onu sıradan çıxardı. Lakin arxadan gələn daha bir tankbiz tərəfi hədəf alıb atəş açdı..."

Qartal Ovçiyev elə ənağrılı anlarını o zərbədən sonra yaşayıb.

Elə bildim ki, qolumunbirini itirmişəm

- Partlayış baş verəndənsonra nə xatırlayırsan?

-Onu bilirəm ki, tank mərmisiyanımıza düşəndə məni, komandirimi və yoldaşlarımı kənara tulladı. Bir neçəsaniyə sonra toz-duman yenəndə artıq özümü hiss etməyə başladım. Əvvəlcə elədüşündüm ki, qolumu itirmişəm, çünki gözüm açıqda qalsa da şokda idim. Boynumuçevirib ətrafa baxmaq istəyəndə qəlpənin məni zədələdiyini anladım".


Mərmi qəlpəsi əsgərOvçuyevin üz nahiyəsindən daxil olaraq baş sümüyünü zədələmişdi. Xoşbəxtlikdənqəlpə onun beyin nahiyəsinə daxil olmayıb. Həmçinin qan itkisi və zərbə təsirionun bədənini haldan salmışdı:

"O anı təsəvvüretməyiniz çox çətindir, filmlərdə gördüklərimi realda yaşadım. Artıq sürünərəktəhlükəsiz bir yerə keçməliydim, yaxınlıqda bizə yardım edəcək biriləri görsənmirdi,bir qədər də sürünüb özümü səngərə atanda orada komandirim Çavuş Quliyeviuzanmış halda gördüm. Özümdə güc toplayıb yaxınlaşdım və başını qoluma qoydum.Elə o anda da komandir gözlərini yumdu və əbədiyyətə qovuşdu. Onun ölümü iləbarabər hələ dünyaya gəlməmiş körpəsinin atasız qalması insan mənəviyyatı üçünbir başqa zərbədir. Oradan uzaqlaşmağa başladım, səngəri aşanda artıq müvazimətimiitirib dərəyə yuvarlananda huşumu itirmişdim... Gözümü açanda gördüm ki, artıqhospitaldayam".

Aprel döyüşlərindəyaralanan həmvətənlərimizi Füzulinin Əhmədbəyli kəndində yerləşən MərkəziHospitala daşıdılar. Qartal da həmin hospitalda bir gün qaldıqdan sornasabahısı gün onu Bakıya köhnə"Papanin adlanan indiki Mərkəzi Hərbi Klinik Hospitala gətirdilər.Şokda olan bu gəncin özünə gəlməsi üçün isə zaman lazmı idi..

Əsgər yoldaşım mənədedi ki,"bağışla, sənə kömək edə bilməyəcəm".

"Hərbidə tanışolduqlarımın çoxu şəhid oldu. Bəziləri gözümün önündə can verdilər, bəziləriyaralandı, bəzilərinin isə şəhid olduğunu Hospitalda olanda öyrəndim".

Hal-hazırda ikinci qrupQarabağ əlili olan Qartal Ovçuyev başından aldığı həmin qəlpə yarasından sonraçox ağrılar çəkdiyini deyir. Müalicəsi başa çatsa da aldığı yaranın fəsadlarıqalmaqdadır: "Bəzən sağ qulaq nahiyəmdə ağrılar olur, eşitməkdə çətinlikyaşayıram, amma inanıram ki, zamanla düzələcəm, daha sağlam olacağam".

-Müharibə yarası təkolmur hə?

-Çoxdur. Yaddaşımdaqalan əsgər yoldaşlarımı, komandirimi itirməyim, həmçinin məni döyüş meydanındayaralı qoyub gedən səngər yoldaşlarımı da unutmamışam. Bu qəlpə bircə yaddaşımazərbə vura bilməyib. Tank mərmisinin partlamasından sonra özümü itirmişdim, tərpənəbilmirdim, ətraf yaralılar olsa da, bu partlayışdan zərbə almayan iki əsgəryoldaşımı başımın üstündə gördüm. Təsəvvür edə bilməzsən ki, başımızın üstündənminamyontlar, trasillər şığıyırdı. Belə məqamda sağ qalan yoldaşlarımı da başadüşmək olardı, ancaq mən heç bir zaman əsgər yoldaşımı yaralı vəziyyətdə obombardamanın ortasında qoyub "Bağışla sənə kömək edə bilməyəcəm"deyib qaçmazdım. Onlar mənə bunu dedilər. Hər halda bunu edə biləcək biriolsaydım orduya yazılıb adımızı batırmazdım.

Jurnalist mövqeyimiqoruyaraq bu məsələdə münasibətimi gizlədirəm, hər halda əsl vətənpərvər vəQarabağ qaziləri, o cümlədən veteranları bunu qiymətləndirsin. Məniqürurlandıran odur ki, bir vaxtlar silahdaşım olan biri ilə həmsöhbət oldum.Birlikdə xatirələrimizi danışdıq. Qartal Ovçiyevlə ağrılarımız yaxındır. Eynikomandirlərin tabeliyində xidmət etmişik, deməli, şəhid qürurunu mən də onunkimi yaşayıram. Bu mənim üçün fəxarətdir, başucalığıdır. Elə Qartal üçün də.Aprel döyüşləri başlayanda informasiya portallarında ard-ardına tanıdığım əsgəryoldaşlarımın, komandirimin ölüm xəbərini eşitdim. Qartalla yaxın dostluğum istər-istəməzonu da düşünməyimə səbəb oldu. O mənim kiçik qardaşım kimidir. Bakıda Mərkəzi HərbiKlinik Hospitala ziyarətə gedəndə bu əsgəri möhkəm qucaqlamq istədim. Lakin məlumsəbəbdən həkim buna icazə verə bilməzdi. Onun əsgər yoldaşım olduğu üçün deyil,həm də Aprel döyüşlərində cəsarətlə mübarizə apardığı üçün bağrıma basmaq istədim.Aprel döyüşündə mərdliklə vuruşmuş hər bir azərbaycanlı mənin qardaşımdırçünki...

Rüfət Soltan