Gələn il nə qədər subsidiya veriləcək? - Palata sədri açıqladı
"Təqdim edilmiş büdcə sənədlərinə əsasən, gələn il dövlət büdcəsindən 1,7 milyard manat subsidiya verilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, bu, cari ildə gözlənilən icradan 25,5% çoxdur və büdcə xərclərində payı artaraq 5,3% olacaq.
"Nəticə olaraq, subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarların olmaması şəraitində subsidiyaların məbləğində nəzərəçarpacaq artım müşahidə edilir. Bizim təklifimiz büdcədən verilən subsidiyaların hansı şərt və qaydada verilməsi ilə bağlı mexanizmin müəyyən edilməsi ilə bağlıdır. Bu, maliyyə nəzarəti üçün normativ baza olmaqla yanaşı, büdcə intizamının gücləndirilməsi üçün həm Maliyyə Nazirliyi, həm də kənar dövlət maliyyə nəzarətini aparan Hesablama Palatası üçün etibarlı meyar ola bilər. Bu, həm də növbəti illərdə subsidiyanın mahiyyətinin konkretləşdirilməsinə və bu ad altında nəzərdə tutulan xərclərin azalmasına da səbəb olar".
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29


Bakı -°C

