Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir - Emin Hüseynov
Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir.
Adalet.az xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində yaxın vaxtlarda Ağdama yeni sakinlərin köçürülməsi planlaşdırılır.
“Gələn ay Ağdama ilk 900 ailənin qayıdışı gözlənilir. Bu, Böyük Qayıdış prosesinin növbəti mərhələsidir və hamımız üçün böyük sevinc xəbəridir,” – deyə Emin Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, hazırda bölgədə 16 magistral yol (ümumilikdə 600 kilometr) və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib.
Xüsusi nümayəndə əlavə edib ki, Ağdamda üç kənddə artıq məskunlaşma başa çatıb, təxminən 4 min nəfər geri qayıdıb.
“Bu insanlar doğma torpaqlarına qayıdıblar, evləri və iş yerləri var. Ən vacibi isə həyat artıq bərpa olunur,” – deyə E. Hüseynov qeyd edib.
Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir, işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır.
Digər Xəbərlər
15 Noyabr 2025 16:02
Onlar haqqında danışanda Leyla xanım ağladı... - VİDEO
15 Noyabr 2025 12:44
Yol Polisi: Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəiflədir
15 Noyabr 2025 09:39
Azərbaycanda bu gündən istilik mövsümü başlayır
14 Noyabr 2025 18:46
Yollar dumanlı olanda ...
14 Noyabr 2025 17:37
Ukraynadakı səfirliyimizin əməkdaşları təxliyə ediləcək? - RƏSMİ
14 Noyabr 2025 17:29
Azərbaycanda işsizlərin sayı açıqlandı
14 Noyabr 2025 16:11
DİN və AQTA birgə əməliyyat keçirdi - 2 tona yaxın yararsız ət aşkarlandı - VİDEO
14 Noyabr 2025 14:17


Bakı -°C

