Gecələr telefona çox baxanların orqanizmi zəhərlənir - Əsəb və baş ağrısı yaradan vərdiş
Hazırda smartfonlardan asılılıq o həddə çatıb ki. uşaq, yeniyetymə və gənclər gecə saat 3-4 ə kimi yatmayaraq telefonda, internetdə zaman keçirir.Orqanizm üçün həyati əhəmiyyətli olan uzun yuxu fazasından məhrum olan insanda nələr baş verir?
Adalet.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər gecə 4-ə kimi telefonla məşğul olan insanların bədənində toksin və zəhərlərin yığıldığını bildirir. Onlar bu mexanizmi belə izah edirlər.
Gün ərzində orqanizmində neyrotoksinlər toplanır, biz onlardan uzun yuxu fazası zamanı xilas oluruq. Melatonin və digər hormonların istehsalının pozulması səbəbindən yuxu dövriyyəsi pozulur, buna görə də gecə boyu narahat və az yatırıq. Bu, bədəndə zəhərlərin yığılmasına, o isə öz növbəsində baş ağrısı, sinir sisteminin pozulmasına və stressə gətirib çıxarır.Yuxunun və ardınca melatonin pozulması, istirahət vaxtının azaldılması daxili orqanlarının fəaliyyətinin pozulmasına səbəb olur. Məsələn, bağırsaq və mədə.
Beyin oyaq bədən isə yorğun olduğu üçün beyinə əlavə enerji zəruriliyi barədə siqnal göndərilir. Biz nəsə yeməyə ehtiyac hiss edirik, halbuki belə olmamalıdır. Bu, həzmlə bağlı böyük problemlərə gətirib çıxara bilər.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15