adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2017 15:39
15451
MƏMLƏKƏT

GECƏLƏR RAHAT YATA BİLMİRLƏR

Bir də görürsən ki,səhərə qədər itlərin səsi kəsilmir, elə hey hürurlər. Düşünürsən ki, yəqin bir müddətdənsonra bu səslər kəsilər və qulağın dincələr. Ancaq hər şey əksinə baş verir. Eləki, yatağa uzanırsan, yuxu gözündən tökülür və təkrarən o hürən itlərin səsini eşidirsən.Fikirləşirsən ki, yəqin bu ötəri bir hadisə olacaq və hər şey öz axarına düşəcək.Amma heç də hər şey sən düşündüyün kimi olmur. Vəziyyət bir az da qəlizləşir. Yəni10-15 dəqiqə bundan qabaq bir-iki it hürürdüsə, indi beş-altı it ağız-ağıza veribhürməyə başlayır. O qədər hürurlər ki, yenidən hövlənk yuxudan qalxırsan…

Təsvir etdiyim buanları, bu səhnələri Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki13 nömrəli binanın sakinləri hər axşam yaşayırlar. Yəni bu sakinlər artıq bir neçəildir ki, sahibsiz itlərin əlindən gecələr rahat yata bilmirlər. Əgər düşünsək ki,onların arasında ahıl, xəstə və uşaqlar var, bax, o insanların vəziyyəti ikiqatağır olur.

Sakinlər redakasiyamızamüraciət edərək bildirirlər ki, biz onların dərdini lazımi quruma çatdıraq. Ammagörünür, onların problemi heç də asanlıqla çözülən deyil. Çünki sentyabr ayındabu məsələni qələmə almışdıq və Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi ilə əlaqə yaratmışdıq.Yəni deyilən məsələlərin hamısını onların diqqətinə çatdırmışdıq. Həmin qurumdan da məsul şəxslərdən biri bildirmişdiki, bu problemlər nəinki Yeni Günəşlidə, Bakı şəhərində ilin axırına qədər həllediləcəkdi.

Sözün düzü, yay vaxtıilə müqayisədə indi bu cür sahibsiz itlərin sayı xeyli azalıb. Məsələn, iyul-avqustaylarında təkcə Yeni Günəşlidə sürü ilə gəzən 200-300 sahibsiz it vardı. Görünür,bu itlərin əksəriyyətini əlaqədar qurum zərərsizləşdirsə də, hələ də bu cür itlərYeni Günəşlidə çoxdur.

On üçüncü binanınsakini Əhməd Həsənov bildirir ki, qardaş, bizim gecəmiz-gündüzümüz yoxdur. Yenəgündüzlər birtəhər sakitlik yaranır. İtləri görüb- eləyəndə həyətdən qovuruq. Ancaqelə ki, axşam saat 11-12 oldu və o itlər yaxınlıqda hansısa MTK tərəfindən alınıbtikilməmiş və qazıntı işləri aparılmış yerə yığışaraq ağız-ağıza verərək hürüşürlər.Əvvəl elə bilirdik ki, bu itlərin sayı beş-altıya çatır. Amma bir axşam eyvandan baxandagördüm ki, yox ey, nə beş-altı, on-on beş it var. O qədər əsəbləşdim ki, eyvandakıkartofların hamısını itlərə tərəf atdım. Bir də baxıb gördü ki, iki kilo kartofdanbiri də qalmayıb. İtlərsə bir az kənara çəkildilər və yenidən hürməyə başladılar.Nə başınızı ağrıdaq, onların əlindən səhərə qədər bizə dinclik yoxdur.

Səksən yaşlı Nübararvadsa lap əsəbidi. Deyir ki, tay mən bubinada yaşamaq istəmirəm. Nəvələrim Gəncədə olur. Oğluma demişəm ki, məni onlarınyanına aparsın. Şükür Allaha, oğlum da, gəlinim də mənə yaxşı baxırlar. Ancaq buitlərin əlindən canımı qoymağa yer tapa bilmirəm. Onsuz da uzun illərdir ki, şəkərxəstəsiyəm. Gecələr də rahat yata bilmirəm. Bir yandan da bu itlərin hay-harayımənə dinclik vermir ki, vermir...

On üç nömrəli binanınsədri Mənsim Məmmədov da sakinlərin haqlı narazılığını bizim diqqətimizə çatdırdı.Dedi ki, camaatı qınamalı deyil. Dəfələrlə özüm də Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə telefon açmışam. Mövcud problemionların nəzərinə çatdırmışam. Həmin idarədən isə bildiriblər ki, narahat olmayın,tezliklə məsələ həll ediləcəkdir. Amma neçə ildir mən bu binada sədr işləyirəm,hələ də bu məsələnin həll edildiyini görməmişəm. Yəni idarənin əməkdaşları sadəcəolaraq quru sözlə kifayətlənir, əməli işə keçmirlər. Bir də ki, səhər saat 6-dansonra işə getmək istəyənlər bu itlərin qorxusundanbilmirlər nə eləsinlər. Avtobus dayanacağına gedənə kimi, ya əllərinə ağac götürürlər,ya da daş alırlar. Çünki dəfələrlə o itlər səhər saatlarında işə getmək istəyəninsanlara hücum ediblər. Hətta bir qadını itlərin əlindən taksi sürücüsü güc-bəlailə alıb.

Bir daha 13-cü binanınsakinlərinin giley-güzarını Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə çatdırdıq. Ordanda bizə bildirdilər ki, bu məsələlər bizim diqqətimizdədir. Çünki həmin itlərinçoxunu biz yığıb aparmışıq xüsusi yerlərə və onlar da quduzluğa qarşı peyvənd olunublar.O ki, qaldı yerdəki itlərə onlara da yaxın gələcəkdə çıxış yolu tapacağıq. Çünkiilin axırına qədər Bakı şəhərində sahibsiz heyvanların hamısı xüsusi poliqona aparılacaqvə ora buraxılacaq.

Təbii ki, Yeni Günəşlicamaatı adiyyəti qurumun sözçüsünün dediyi bu fikirlərlə heç də razılaşmırlar. Fikirləriniöyrəndiyimiz sakinlər bildirirlər ki, onlarhəmişə belə deyirlər. Amma vəziyyət dəyişmir ki, dəyişmir. Əziyyəti onlar yox, bizçəkirik. Çünki axşam düşəndən səhərə qədər bu sahibsiz itlər qaranlıq küçələrdəora-bura qaçaraq hürüşür və hətta adamlara hücum çəkirlər. Tay biz vallah, bilmiriknə edək?!

Hər halda, bu məsələlərhəmişə gündəmdə olub və gündəmdən çıxmayacaqdı. Belə ki, Bakıda sahibsiz itlər təkYeni Günəşlidə deyil, əksər yaşayış sahələrində, qəsəbələrdə və küçələrədə meydansulayır və bu meydan sulayan itlərin də qarşısı hələ ki, tam alınmayıb. Bir dahacamaatın narazılıqlarını məlum qurumun nəzərinə çatdırırıq və inanırıq ki, SahibsizHeyvanlarla Mubarizə İdarəsi bu problemi tezliklə həll edəcək, gecələr rahat yatabilməyən və səhərlərsə qorxu keçirən insanların üzləşdiyi çətinlikləri aradan qaldıracaqdı.


Faiq QİSMƏTOĞLU