adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 14:02
81
SİYASƏT
A- A+

“Ona qədər Azərbaycan ilə Özbəkistan arasında heç bir ortaq layihə yox idi”

“Azərbaycan və Özbəkistan prezidentləri arasında imzalanan "Əbədi Dostluq Müqaviləsi" Turan birliyinin formalaşdırılması istiqamətində hər iki qardaş dövlət tərəfindən atılan mühüm və eyni zamanda bənzəri olmayan unikal bir addımdır”.

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

“Prezident Şovkat Mirzioyevin hakimiyyətə gəlməsinə qədər Azərbaycan ilə Özbəkistan arasında heç bir ortaq layihə yox idi. Bu əlaqələrə mane olanlar var idi. İndi isə münasibətlərimizin vəziyyəti tamamilə fərqlidir və sürətlə inkişaf edir. Əvvəlcə Özbəkistan ilə qardaş ölkə olduq, sonra strateji tərəfdaşlıq, daha sonra isə müttəfiqlik müqaviləsi, bu gün isə "Əbədi Dostluq Müqaviləsi" imzalandı. Bu mərhələdə Türk dünyası arasında ortaq nəqliyyat marşrutları, investisiyalar, siyasi, iqtisadi və təhlükəsizlik maraqları ön plana çıxır. Bu gün Daşkənddə baş verənlər Turan birliyinin ayaq səslərini daha aydın şəkildə eşitməyə imkan verir. Vaxtilə ideya olan Türk dünyasının birliyi, artıq dünyanın tam mərkəzində geniş bir coğrafiyanı əhatə edən Vahid Güc Mərkəzinə çevrilir”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN