adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 14:59
52
AVTOMABİL
A- A+

Bu yol belə adlandırılmalıdır

 Bu gün ölkəmizdə çox möhtəşəm magistral yollar inşa edilir. Başqa sözlə demiş olsaq, yol infrastrukturumuz dünaya standartlarına tam cavab verir. Xüsulə də işğaldan azad olunmuş yerlərə müasir tələblərə cavab verən magistral yollar tikilir.

Həmin yerlərdə bir - birindən gözəl asvalt yollar və tunellər adamın diqqətin daha çox cəlb edir. Belə yollardan biri də Şuşaya gedən " Zəfər yolu" dur. Və bu yolu belə adlandırıblar: Əhmədbəyli - Füzuli- Şuşa yolu! Bəli birinci yol düz adlandırilıb.

Artıq ödənişli ikinci yolda bir neçə aydır istismara verilib.O yolu da yenə Əhmədbəyli- Füzuli- Şuşa yolu adlandırırlar. Hansı ki, yol Əhmədbəylidən deyil, Böyük Bəhmənlinin yanından keçir və Əhmədbəyli kəndi beş kilometr uzaqda qalır.Ona görə də, ödənişli yol belə adlandırılmalıdır: Bəhmənli- Füzuli- Şuşa yolu! Bəlkə düz demirik, cənablar?! Bu barədə əlaqədar qurumlar ciddi düşünməli, düzgün qərar verməlidir!

Emil FAİQOĞLU