adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Sentyabr 2014 11:55
22846
MƏMLƏKƏT

Füzuli də seçici fəallığının artırılması üçün tədbir keçirilib

"AzərbaycandaMiqrant və Məcburi Köçkünlərin Hüquqlaının Müdafiəsi” İctimai Birliyi "AzərbaycanRespublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”-nın maliyyə dəstəyi ilə "Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığınınartırılması” layihəsi çərçivəsində Füzuli rayonunda məlumatlandırma sessiyasıkeçirib.

Adalet.az xəbər verir ki, layihəninkeçirilməsində məqsəd cəbhəyanı bölgələrdə yaşayan vətəndaşları seçici qanunvericiliyisahəsində maarifləndirmək, habelə yaradılmış bələdiyyələrin hüquq və vəzifələrinivətəndaşlara aşılamaqdan ibarətdir. Görüşdə ilk dəfə bələdiyyə seçkilərində səsverəcək iştirakçılar üstünlük təşkil edib. Görüş zamanı iştirakçılara və ilk dəfə seçkilərdə iştirak edəcək şəxslərə qanunvericilikdə nəzərdətutulmuş seçici hüquq və vəzifələri çatdırılmış, seçki prosesi haqqında məlumatlarınəldə edilmə qaydası, bələdiyyələrin sosial öhdəlikləri və vəzifələri barədəgeniş informasiya verilib. Qeyd edək ki, layihə çərçivəsində növbəti və son görüş Beyləqanrayonunda təşkil olunacaq.