adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Aprel 2020 10:47
25252
İDMAN

Futbolun “koronavirus” kimi qəzaları

Koronavirusa görə əksər futbol liqaları fəaliyyətinidayandırıb. Bir çox mütəxəssisə görə bu çempionatlar ya yarımçıq bitəcək və yaqalibləri bilinməyəcək. Bu isə həmin ölkələrdə virusun yayılma dərəcəsinəbağlıdır.

Müxtəlif zamanlarda virusla əlaqədar olmasa da qəzakeçirən klublar olub ki, bu da idmanictimaiyyətini sarsıdıb.

Bu qəzalar nəticəsində bir çox klublar ya qızıldövrünə əlvida deməli olub, ya da klub kimi tamamilə fəaliyyətini dayandırıb.Bu hadisələrdən bir neçəsini sizə təqdim edirik:

1949-cu ilin 4 mayında İtaliyanın Torino klubu qəzayadüşdü. Təyyarənin qəzaya uğraması nəticəsində məşqçilər, futbolçular, klubrəhbərliyi həyatını itirdi. 23 nəfərin ölməsi ilə Torino klubunun qızıl dövrüdə başa çatmış oldu. Xatırladaq ki, Torino 40-cı illərdə İtaliyanın ən güclüklublarından sayılırdı.

1958-ci ilin 6 fevralında "Mançester Yunayted”heyətini aparan təyyarə Münhen yaxınlığında qəzaya uğradı. Məşhur heyətdən 8futbolçu həyatla vidalaşdı.

1969-cu ilin 26 sentyabrındasa bu üzüntünü Boliviyayaşamalı oldu. Stronqest klubunu daşıyan təyyarə Boliviyanın Viloko şəhərindəradarlardan itdi. Qəzada 78 nəfər həlak oldu. Həlak olanların 19-u klubheyətindən idi.

Keçmiş sovet vətəndaşlarının, eləcə dəazərbaycanlıların unutmayacağı olaysa 1979-cu ildə yaşandı. ÖzbəkistanınPaxtakor klubunun heyətini aparan təyyara 11 avqustda qəzaya uğradı. 178 nəfərhəlak oldu. Həlak olanların 17-si futbolçu idi. Klub heyəti demək olar ki,tamamilə məhv olmuşdu.

1987-ci ilin 8 dekabrındasa Perunun Alianza Limaklubunun olduğu təyyarənin qəzaya uğraması nəticəsində 23 heyət üzvü həyatınıitirdi.

20 yanvar 1989-cu ildə Türkiyənin Samsunspor klubunuaparan avtobus qəzaya düşdü. Nəticədə 3 futbolçu, klubun məşqçisi və sürücühadisə yerində öldü.

1993-cü ildə Zambiya milli komandasının olduğu təyyarəAtlantik okeanı üzərində qəzaya düşdü. Nəticədə yığma komandanın 22 futbolçusuhəlak oldu.

2016-cı ildə Kolumbiyadabraziliyalı furbolçuları aparan təyyarə qəzaya düşdü. "Chapecoense” klubu yerliAtletiko ilə oyun üçün yola düşmüşdü. Qəzada 71 nəfər həlak oldu. Təyyarədə 22futbolçu var idi.

Emin Piri