adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Noyabr 2019 11:53
14806
GÜNDƏM

Fuad Qəhrəmanlı həbs olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Qəhrəmanlı saxlanılıb.

Bu barədə AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, oktyabrın 31-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Qəhrəmanlı 10 sutka inzibati həbsə məhkum edilib.

Məlumata görə, məhkəmə F.Qəhrəmanlını İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsini pozmaqda təqsirli bilib.(modern.az)