Fuad Muradov: “Yaxın müddətdə diaspor sahəsində böyük nəticələr əldə ediləcək”
"Bəzi marginal qruplar Azərbaycanın stabilliyinə xələl gətirmək istəyirlər. Azərbaycan dövləti güclü və müstəqildir. Üzümü həmin o marginal qruplara tutaraq deyirəm ki, heç kim müstəqilliyimizi, dövlətçiliyimizi sarsıda bilməz".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Hamını əməkdaşlığa dəvət edən Dövlət Komitəsinin sədri qeyd edib ki, yaxın müddətdə diaspor sahəsində böyük nəticələr əldə ediləcək: "Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildikdən sonra facebook, tvitter üzərindən yüzlərlə məktub almışam. Bu gün diasporda bir canlanma müşahidə olunur. Xaricdə yaşayan azərbaycanlılar üçün bir şüar olmalıdır: "Vətən uzaqda deyil. Vətən sizi gözləyir".
Apa.az
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39