21 May 2025 12:20
132
DÜNYA

FTB  "dərin dövlətdən" təmizlənir

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri Keş Patel və milli köşfiyyat idarəsinin rəhbəri Tulsi Qabbard rəhbərlik etdikləri qurumun heyyətində kütləvi ixtisarlara başlayıblar.  Bununla onlar rəhbərlik etdikləri qurumları "dərin dövlətin" adamlarından təmizləmək istəyirlər. Onlar hesab edirlər ki, rəhbərlik etdikləri qurumlarda, keçmiş administrasiyaya xidmət edön çoxsaylı əməkdaşlar var.

 Mayın 15-də, Trampın birinci prezidentliyi dövründə vəzifəsindən çıxarılmış FTB-nin eks rəhbəri  Ceyms Komi, sosial şəbəkədə balıqqulaqlarından düzəltdiyi 8647 rəqəmlərinin fotosunu nümayiş etdirib.  "86" rəqəmi ABŞ-da "aradan götürmək" və ya "ondan qurtulmaq" mənaları kimi qəbul olunur. 47 rəqəmi isə, ABŞ-ın 47-ci prezidentinə, yəni Donald Trampa işarədir. Respyblikaçılar bunu cəmiyyətə "siyasi müraciət" kimi qiymətləndirib.

 Yayılan bu foto cəmiyyətdə, xüsusiylədə respublikaçılar arasında  ciddi müzakirələrə səbəb oldu. Tramp bildirdi ki, bu foto 47-ci prezidentə qarşı sui-qəsdə çağırışdı.

  ABŞ-ın daxili milli təhlükəsizlik nazirliyi və məxvi xitməti, Komiyə qarşı "öldürməyə təhlükə" şübhələriylə təhqiqata başlayıb. 

 Rüstəm Hacıyev