10 Sentyabr 2025 13:43
93
DÜNYA

Fransada kütləvi etirazlar başladı - VİDEO - YENİLƏNİB

Fransada kütləvi etiraz aksiyalarında 200 nəfər saxlanılıb.

Adalet.az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri bildirib.

    Məlumata görə, Lionda etirazlar zamanı polislərə hücum olub.

    ***

    12:50

    Fransada “Hər şeyi bloklayaq” şüarı ilə kütləvi etiraz aksiyaları başlayıb. 

    Adalet.az  “France-Presse” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumətin iqtisadi sahə ilə bağlı təklif etdikləri tədbirlərə qarşı etiraz edirlər. 

    Aksiyanın ilk saatlarından paytaxt Parisdə etirazçılarla polis arasında qarşıdurma yaşanıb. 

    Etirazlarla bağlı çağırışlar hələ iyul ayından sosial şəbəkələrdə yayılmağa başlamışdı. Buna səbəb isə ölkənin bir neçə gün əvvəl istefa verən Baş naziri Fransua Bayrunun 2026-cı ilin büdcəsinə dair qanun layihəsini təqdim etməsi olub.