adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Yanvar 2019 14:57
13312
DÜNYA

Fransada etirazçılar nazirliyə hücum edib

Ötən gün Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"İn etiraz aksiyası zamanı Parlament İşləri üzrə Dövlət Nazirliyinin binasına hücum edilib.

Adalet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bir qrup şəxs nazirliyin giriş qapısını qıraraq içəri daxil olublar.

Etirazçılar nazirliyə məxsus iki xidməti avtomobilə ziyan vuraraq hadisə yerindən uzaqlaşıblar. Təhlükəsizlik qüvvələri hökumət sözçüsü Benjamin Griveauxu dərhal binadan çıxarıblar.