"Fransa Ukraynaya yardımı dayandırmalıdır"
Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filppo, özünün X sosial şəbəkəsində, Ukraynanın enerji sahəsindəki korrupsiya qalmaqalından sonra, Fransa hökumətindən Kiyevə maddi yardım göndərilməsini dayandırmağı tələb edib.
"Daha bir korrupsioner! ötən günlərdə Avropa İttifaqı Ukraynaya 4.2 nilyard avroluq çek yazıb. Onun 800 milyonu Fransanın payına düşür"- deyə siyasətçi bildirib.
Flippo, əslində Ukraynanın enerji nazirinin müavininin 500 min dollar rüşvət alması faktı ilə həbs olunmasına belə reaksiya göstərib. Partiya lideri Kiyevi maliyələşdirməyi ağılsızlıq adlandırıb və qeyd edib ki, Avropa İttifaqının pulları bu cür sxemlərlə "havaya uçur".
Flippo daha əvvəl, Zaparojye Atom Elektrik Stansiyasına edilən hücumlara görə, NATO-nu Ukraynaya hərbi dəstəyi dayandırmağa çağırmışdı. Onun sözlərinə görə, Şimalı Atlantika Bloku vıziyyəti qızışdırmaq üçün hər şeyə hazırdır. "Bu cür addımlar dəhşətə doğru atılmış addımlardı"-deyə Flippo bildirib.
Rüstəm Hacıyev
Digər Xəbərlər
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35
İran Prezidenti də ABŞ-yə gedir
21 Sentyabr 2026 11:45


Bakı -°C

