adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
22 Avqust 2014 14:41
23701
ƏDƏBİYYAT

Fövqəltəbii insanlar


Hər zaman daşqınlar,zəlzələlər, yanğınlar, intihar hadisələrizamanı zərər çəkən şəxslərin köməyinə çatan insanlara rəğbət bəsləmişəm.Həmişədüşünmüşəm ki, öz həyatlarını riskə ataraq başqalarınınhəyatını xilas edən bu insanlar nağıllarda deyilən sehirli gücə malikinsanlardır. Bu insanlar mənim daima diqqətimi çəkib və məndə onlar kimi çətinlikdəolan insanların köməyinə çatmağı, onlara dəstək olmağı arzulamışam. Atalar gözəldeyib:”Niyyətin hara, mənzilin ora”.Tale elə gətirdiki, təhsil aldığımXəzər Universitetində psixologiya fakültəsinintələbələrinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində təcrübəkeçməsi üçün müsabiqə elan olunduğunu öyrəndim. Qrup yoldaşlarımla birgə sənədlərimiziyazdığımız esselərləbirlikdə FHN-ə göndərdik.Əlbəttə, bu işdə bizəUniversitetimizin əməkdaşlarıda yardımçı oldular. Nəhayət istəyimizə çatdıq. BizFHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində təcrübə keçmək üçün seçilmişdik. Xoşbir həyacan hiss ilə Xüsusi Riskli Xilasetmə Xidmətinə yola düşdük. Eynizamanda biz narahatdıq, çünki adından artıq anlamışdıq ki, biz təcrübəmizi hərbiintizam şəraitində, fərqli insanlar arasında, fərqli şəraitdəkeçəcəyik. Təcrübə rəhbəri bizə bildirdi ki, öncə bizi Xüsusi Riskli XilasetməXidmətinin Qərargah rəisinin I müavini, general-mayor M.Həsənov cənabları qəbuledəcək. Narahatlıq hissimiz biraz da artdı.M.Həsənov cənabları bizi səmimiyyətləqarşıladı. İlk anlarda Generalın hərbiintizamı, Azərbaycan gəncliyinə qayğısı, səmimi ünsiyyət qurmaq bacarığıbütün narahatlığımızason qoydu.Söhbət əsnasında cənab General bildirdiki, Ulu ÖndərimizHeydər Əliyev cənablarının bizə əmanət etdiyi Azərbaycanımızın gələcək mütəxəssislərinin yüksək səviyyədə təcrübə keçməsi üçün heyət əlindəngələni əsirgəməyəcəkdir. Sevindik ki,Azərbaycanımızı,xalqımızı sevən insanlar çoxdur. Fəxrlə çiynində yüksək rütbə daşıyan Vətənoğlunun Azərbaycan sevgisi, eyni zamanda yüksək hərbi intizamı bizim məsuliyyətimizidaha da artırdı, öyrənmək üçün bizə əlavəmotivasiya verdi.Söhbətimiz zamanı M.Həsənovcənablarının torpaqlarımız uğrunda döyüşdüyünü öyrəndim.Həmin vaxt atamın mənəI Qarabağ müharibəsində döyüşdüyü vaxt keçirdiyi hislərdən, gördüyü çətinliklərdənamma bütün bunlara baxmayaraq Vətən uğrunda necə fəxrlə döyüşdüklərini söylədiyinixatırladım. Anladım ki, hər zaman canını Vətən yolunda verməyə hazır olan Azərbaycanoğulları çoxdur.Cənab General bizə bildirdi ki, FHN Vətənini, vətəndaşını sevən,hər an Vətən üçün, vətəndaşı üçün həyatını qurban verməyə hazır olan insanlarınişlədiyi bir dövlət orqanıdır.Generalın qəbulundan çıxarkən dahi ingilisdramaturqu U.Şekspirin insan haqqında dediyi bu aforizm: ”İnsan! Təbiətinmöcüzəsi, xeyirxah düşüncəli, sonsuz qabiliyyətli,heyrətamiz davranışlı İnsan!Davranışı ilə mələklərə,kamalı ilə Allaha bənzəyən İnsan!” yadıma düşdü vəcənabGeneralın simasında özünü doğrultduğunu gördüm.


Sonra bizüç ay boyunca təcrübə keçməyimiz üçün bizə yardımçıolacaq şəxslərlə tanış olduq. Tibb şöbəsinin rəisinin baş köməkçisi kapitan F.Ağalarova,Psixolojitəminat işinin təşkili bölməsinin baş məsləhətçisi S.Məmmədova və həmin şöbəninköməkçisi baş leytenant R.Cavadzadə bizi xoş bir münasibətlə, həm də təəccübhissi ilə qarşıladılar.Belə bir ağır, stresli iş rejimi olan qurumda könüllüolaraq təcrübə keçmək istəyən tələbələri görməyin sevinci üzlərindən oxunurdu.

Sonralarbu şəxslər nümunə götürəcəyimiz insanlardan oldu. Əsl Azərbaycan xanımına məxsusxarakterə, hərbçiyə məxsus dəmir intizama malik,geydiyi formanın məsuliyyətiniqürur hissi ilə daşıyan Fərəh xanım, öz işinin professionalı olan, ömrünü vətəndaşlarınpsixoloji sağlamlığına həsr etmiş, psixoloq mülayimliyinə malik sadə və gözəlSona xanım,yüksək etik davranışvə zabit ciddiliyi ilə gəncliyimizə nümunə olanbaş leytenant R.Cavadzadə təcrübə zamanı əllərindən gələn köməyi bizdən əsirgəmədilər.

Buqurumda təcrübə keçdikcə bu cəsur insaların həmkarlarına,Azərbaycan gəncliyinə,eyni zamanda hər bir vətəndaşına hörmətlə yanaşdıqlarını, xilasetmə əməliyyatlarızamanı öz işlərinə necə yüksək məsuliyyətlə yanaşdıqlarını gördüm.

Ünsiyyətdəolduğum hər kəs FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisi general-mayorCahangir Rza oğlu Qulamov cənabları haqqında ürək dolusu danışdılar. Onun sadə,səmimi, qayğıkeş bir insan, dəmir intizamlı bir hərbçi, qanunun aliliyini yüksəktutan bir məmur olduğunu dedilər. Sonda mən belə nəticəyə gəldim ki, FHN-ninmükəmməl bir qurum kimi formalaşması və uğurlu fəaliyyəti quruma səriştəli, peşəkarrəhbərliyin və düzgün kadr seçiminin nəticəsidir.

BizXüsusi Riskli Xilasetmə Xidmətinin postlarına baş çəkir, orda müxtəlif psixolojimövzularda seminarlar keçirir,xilasedicilərlə birbaşa ünsiyyətdə olur,onların həyatakeçirdikləri xilasetmə əməliyyatları ilə yaxından tanış olurduq.Müxtəlifpsixoloji testlər, qrup terapiyaları keçirməklə özümüz öyrənməklə bərabərxilasedicilərinişləri ilə bağlı yaranan streslərini,psixoloji problemlərini aradan qaldırmağa,az da olsa xilasedicilərəyardımçı olmağa çalışdıq.Biz çalışdıq ki,tədris zamanıöyrəndiyimiz nəzəri bilikləri tətbiq edərək, praktiki biliklərimizi artıraq. Bubiliklər bizə yaxşı mütəxəssis olmaq üçün, Azərbaycan xalqının psixolojisağlamlığının keşiyində durmaq üçün çox vacibdir. İnanıram ki, biz doğma Universitetimizin adını doğruldacaq, Azərbaycanlıimzasını dünya elm tarixinin səhifələrinə qürurla yazacayıq.

Buqurumun kollektivinin işi riskli, psixoloji cəhətdən gərgin olmasına baxmayaraqhamı mülayim, təvazökar davranır, hər bir kəs gələcəyə inamla baxmaq, ali Vətənsevgisi və Azərbaycan vətəndaşına məxsus məğrurluq kimi yüksək keyfiyyətlərəmalikdir. Onlar hər an, hər bir təhlükəni cəsarətlə aradan qaldırmağahazırdırlar və bu qəhrəmanlarhər bir Azərbaycan vətəndaşına örnəkdirlər.

Sankidahi şairimiz M.Araz bu misraları mənim təcrübə zamanı tanıdığım bu fövqəltəbiiinsanlar üçün yazıb:

"Vətən mənəoğul desə nə dərdim,

Mamırolub qayasında bitərdim”

AzərbaycanRespublikası Fövqəladə Hallar Nazirliyinin müasir dövrün tələblərinə cavab verəndövlət orqanı səviyyəsinə gəlib çatması cənab nazir Kəmaləddin Heydərovun diqqəti,qayğısı və tələbkarlığının nəticəsidir. Mən öz adımdan və qrup yoldaşlarım adındannazirKəmaləddinHeydərov cənabları başda olmaqla bütün kollektivə öz təşəkkürümü bildirirəm.

Xəzər Universiteti Psixologiya fakültəsi məzunu Aysel Sərkarlı