Flora Kərimova: “…tüpürməyiniz acizliyinizin təntənəsidir”

Xəbər verdiyimiz kimi, xalq artisti Flora Kərimova ilə jurnalist Ülviyyə Alovlu arasında qalmaqal bitmək əvəzinə daha da dərinləşir.
Bu dəfə xalq artisti jurnalistə instagram hesabında kəskin cavablar verib.
Belə ki, xalq artisti F.Kərimova onun haqqında deyilən fikirlərə aydınlıq gətirib:
“Xalqının faciəli tarixini öz qırışsız beyninə görə dəyişmək istəyənin nə kişiliyinə hörmət olar, nə kimliyinə, nə mənliyinə, nə də vətəndaşlığına! Tarixini unutmaq əskiklik, bilməmək isə cinayətdir!
Tarixin keçmiş səhifələrini mənim dilimlə vərəqləyən alçaq! Mən yalnışmı demişəm və nə də haqsızam?!
Bəs sən, artıq tarixə gömülmüş Azərbaycan Demokratik Respublikasına olunmuş xəyanəti, İndiki müstəqil Azərbaycanın bu günü kimlərinsə yadına salmaqda düzmü elədin?
Hədəfin mən idimmi, yoxsa yaxdığın çirkbla kimlərəsə, faciəmizi xatırladıb xal qazanmaq? Söyüşlərdən başqa nəyin sahibi oldun?
Mənə qara yaxdığın “Azərbaycan dili söyüş dilidir” yazdığının arxasına “?” işarəsini qoy! Özünü söyüşlərə bulaşdıra-bulaşdıra hədəfinə çatdınmı? Bəli, sənin danışığın nə azərbaycanlıya, nə azərbaycanlılığa, nə türklüyə, nə Türkçülüyə aiddir! Bu sualı mən sənə verməliyəm. Və səndən mən soruşuram, söyüşlə danışdığın “AZƏRBAYCAN DİLİ”ni hansı türkçülüyünə aid edirsən?
Sən millətin içində kök atmış, dilinə, dininə, mədəniyyətinə, tarixinə hörməti olmayan varlıqsan. Sən sadəcə varsan, mövcudsan! Və yenə təkrar edirəm mən sənin söyüş dilində danışmıram və danışmayacam!
P.S.Mənə bu hədəfli böhtanı layiq bilənin əqidəsinin, niyyətinin “qibləsi” yalanla yoğrulan çirkablıqdır!
P.P.S. Təkrar edərək sənə də xitab edirəm ,Ülviyyə. Varlığımı həzm edə bilməyib çeynənmiş yalanlarınızı bir-birinizin ağına tüpürməyiniz isə acizliyinizin təntənəsidir.”
Əntiqə