adalet.az header logo
  • Bakı -°C
14 Iyul 2015 21:13
1832
İDMAN
A- A+

Flavinyo "Neftçi"dən getdi

"Neftçi” klubu braziliaylı futbolçu Flavinyo ilə yollarını ayırıb.


 Adalet.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

 

2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

 

"Ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.