adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Yanvar 2018 15:24
9704
HADİSƏ

Fişəng 4 nəfəri yaraladı: biri barmağını itirdi

Daxili İşlər Nazirliyi yeni il günü ehtiyatsızlıqdan pirotexniki məmulatın partlaması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Adalet.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Sumqayıt şəhər sakinləri Emin Ağayev və azyaşlı Ayan Quluzadə əl barmaqlarından, Samir Quliyev və Qoşqar Mirzəyev göz nahiyələrindən aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


A.Quluzadənin əlinin bir barmağı amputasiya edilib.